Mingəçevirdə 4 ölkənin iştirakı ilə beynəlxalq turnir start götürür
11 noyabr 2010 17:59 (UTC +04:00)

Mingəçevirdə 4 ölkənin iştirakı ilə beynəlxalq turnir start götürür

Lent.az-ın məlumatına görə, hər il keçirilən ənənəvi reqatada 4 ölkə mübarizə aparacaq.

Azərbaycan avarçəkənlərindən əlavə, Rusiya, Gürcüstan və Ukrayna idmançıları da turnirdə çıxış edəcəklər. Yarışın gedişini isə bir sıra nüfuzlu qonaqlar izləyəcəklər. Bunlar Ukrayna Kanoe Federasiyasının prezidenti Yuri Maslaçkov, Rusiyanın Akademik Avarçəkmə İdmanı Federasiyasının dövlət məşqçisi Nikolay Rusak, Rusiyanın Kayak-Kanoe Federasiyasının baş katibi İrina Sirayevadır. Qonaqlar yenicə istifadəyə verilən Olimpiya Mərkəzinin imkanları ilə də tanış olacaqlar.

Turnirin açılış mərasimi noyabrın 12-də saat 16:00-da reallaşacaq. Ertəsi gün isə akademik, kayak və kanoe qayıqlarında avarçəkənlər arasında mübarizəyə start veriləcək.

Kanoeçilərin yarışında dünya və Avropa çempionu Valentin Demyanenko, Avropa çempionları Sergey Bezuqlıy və Maksim Prokopenko, yeniyetmələr arasında Avropa çempionatının gümüş mükafatçısı Andrey Kraytor, akademik avarçəkənlərin mübarizəsinə 18 yaşlılar arasında ikiqat dünya çempionu, 23 yaşlılar arasında dünya çempionatının gümüş mükafatçısı Aleksandr Aleksandrov və finalçılar Cavid Əfəndiyevlə İqor Xmara, 18 yaşlılar arasında dünya çempionatının gümüş mükafatçısı Viktoriya Çepikova, bürünc mükafatçı Aleksandr Qlotov və finalçı Toni Boteva, eləcə də Rüfət Vəlizadə, Mirnazim Cavadov, Tamerlan Mustafayev və Vahid Həsənov kimi beynəlxalq turnirlərin qalib və mükafatçıları olan kayakçılarımız da çıxış edəcəklər. Rusiya, Gürcüstan və Ukraynadan gələn akademik, kayak və kanoe qayıqlarında avarçəkənlər isə rəqabətin daha da artmasının səbəbkarı olacaqlar.

Qeyd edək ki, “Mingəçevir reqatası-2010”un baş hakimi Ukraynalı Mixail Syabro olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 738

Oxşar yazılar