Milli komandanın baş məşqçisi istefaya göndərildi
10 noyabr 2010 12:51 (UTC +04:00)

Milli komandanın baş məşqçisi istefaya göndərildi

Lent.az-ın “Yle”yə istinadən verdiyi məlumata görə, 2012-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində San-Marino ilə noyabrın 17-də keçirəcəyi növbəti oyunda “Suomi”yə Baksterin köməkçisi, yığmanın sabiq qapıçısı Olli Huttunen rəhbərlik edəcək.

Bu qərar baş məşqçinin özü ilə məsləhətləşmələrdən sonra verilib. İngiltərəli mütəxəssis istefasının komandadakı ab-havanın yaxşılaşdırılmasına kömək edəcəyini bildirib. Yeni baş məşqçi təyin olunanadək Bakster Huttunenin məsləhətçisi olacaq.

Qeyd edək ki, Finlandiya millisi Avropa çempionatının seçmə mərhələsində ilk 3 görüşü məğlubiyyətlə başa vurub. Skandinaviyalılar səfərdə Moldovaya 0:2, Hollandiyaya 1:2, öz meydançasında isə Macarıstana 1:2 hesabı ilə uduzublar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 559

Oxşar yazılar