Məşhur idman həkimi Boris Xetaqurovun səhhətində problem yaranıb
Azərbaycanın məşhur idman həkimi, hazırda “Xəzər Lənkəran” futbol klubunda çalışan Boris Xetaqurovun səhhətində problem yaranıb. Lent.az-ın əldə etdiyi məlumata görə, 70 yaşlı tibb mütəxəssisi böyrəyində daş olduğu üçün bir həftəyə yaxındır komandanın məşqlərindən kənarda qalır.
Hətta bu səbəbdən, Xetaqurov “Xəzər Lənkəran”ın Unibank Premyer Liqasının XII turu çərçivəsində noyabrın 6-da səfərdə “Qəbələ” ilə keçirdiyi qarşılaşmaya yollana bilməyib.
Boris Naneyeviç Lent.az-a açıqlamasında xəbəri təsdiqləyib. O, böyrəyindəki daş üzündən ev şəraitində bir həftəyədək müalicə aldığını söyləyib. Xetaqurov artıq daşdan qurtulduğunu və narahatlığa heç bir əsas olmadığını da bildirib: “Görürsünüz, həkimlər də xəstələnə bilir. Amma narahat olmayın, hər şey yaxşıdır. Ev şəraitində müalicə olunmaqla və qaçıb-tullanmaqla böyrəyimdəki daşı saldım. İnşallah, noyabrın 8-dən işə çıxacağam”.
Qeyd edək ki, avqustun 12-də 70 yaşı tamamlanan Boris Xetaqurov 1964-cü ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib. 1965-ci ildən 2003-cü ilə qədər “Neftçi”də, 1992-ci ildən 2006-cı ilədək Azərbaycan millisində çalışıb. O, 2004-cü ildən “Xəzər Lənkəran”ın həkimidir. Xetaqurov həm də 1989-cu ildən Azərbaycanın Əməkdar Həkimidir.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

ÇL: 1/4 finalçılar müəyyənləşdi
13 mart 2025 , 02:47
Maradonanın ölümü ilə bağlı məhkəmə BAŞLADI: 7 şübhəli var
12 mart 2025 , 18:35
"Əl-Nəsr"in baş məşqçisi "Yuventus"u idarə edəcək
12 mart 2025 , 15:53
"Barselona" - "Benfika" oyunu iftara görə iki dəfə dayandırıldı
12 mart 2025 , 09:37
PSJ-dən əzmkar qələbə
12 mart 2025 , 02:53
Gözəl futbolçu çimərlik paltarında FOTOLARINI yaydı
11 mart 2025 , 19:32
Pol Poqba karyerasını davam etdirə bilər
11 mart 2025 , 15:26