Arnold Şvartsnegger festivalı keçiriləcək
Lent.az-ın məlumatına görə, bu fikirləri noyabrın 5-də keçirilən mətbuat konfransında Beynəlxalq Bodibildinq və Fitness Federasiyasının (İBFF) prezidenti Rafael Santoxa deyib.
O, Azərbaycanda idmana dövlət səviyyəsində çox böyük qayğı göstərildiyini bildirib. Santoxa noyabrın 6-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək kişilər arasında dünya çempionatına planetin ən qabaqcıl bodibildinqçilərinin qatılacaqlarını açıqlayıb: “Sabah start götürəcək dünya çempionatında dünyanın ən qabaqcıl idmançılarının iştirakının şahidi olacaqsınız. Artıq 63 ölkə sifarişlərini verib. Federasiyamız nəzdində 1400 yarış keçirilir. Bunlardan ən vacibi olan dünya çempionatının Bakıda təşkili dövlətinizə və Azərbaycan Bodibildinq Federasiyasına böyük hörmətimizin göstəricisidir. Ölkənizdə idmanın inkişafına böyük diqqət yetirilir. Buna görə də dünya çempionatını Bakıda təşkil etməyi qərara aldıq”.
Noyabrın 7-də Bakıda İBFF-in hesabat-seçki konqresi də keçiriləcək. Qurum rəhbərinin sözlərinə görə, tədbirdə İBFF-in rəhbər orqanlarına seçkilər keçiriləcək, 2011 – 2013-cü illərdə baş tutacaq dünya çempionatının təşkilatçı ölkələri açıqlanacaq, federasiyanın gələcək inkişaf məsələlərinə baxılacaq. Kişilər arasında növbəti dünya çempionatlarının Hindistanın Mumbay şəhərində, Ekvadorda və İordaniyada, qadınlar arasındakı dünya çempionatının isə Serbiyada təşkilinə dair qərar veriləcəyi gözlənilir.
Santoxa beynəlxalq federasiyanın rəhbər orqanlarında Azərbaycan təmsilçisinin olacağına da işarə edib: “Konqresdə bütün rəhbərliyimiz yenilənəcək. Federasiyamız nəzdində çoxlu komitə, struktur var. Yəqin ki, bu komitə və ya strukturlarda Azərbaycan da təmsil olunacaq. Lakin bu, o demək deyil ki, federasiyamızda nümayəndəsi olmayan ölkə fəal üzv deyil. Məsələn, Rauf Bünyatəliyev indiyədək heç bir komitəmizin üzvü deyil. Amma dünya çempionatı kimi məsul yarışın Bakıda təşkilinə nail olub”.
Konqresdə ən böyük maraq doğuran məsələ Arnold Şvartsnegger festivalının təşkilinə dair razılığın əldə edilməsi olacaq. Festival gələn ilin martında ABŞ-ın Ohayo ştatında keçiriləcək. Santoxanın fikrincə, Arnold Şvartsnegger festivalının çox böyük əhəmiyyəti var: “Tədbir təkcə bodibildinq deyil, 54 idman növü 18000 iştirakçı arasında keçirilir. Burada peşəkar bodibildinqçilər məharətlərini göstərirlər”.
İBFF-in Beynəlxalq Olimpiya Komitəsi tərəfindən də tanındığını deyən qurumun rəhbəri bütün qitələrlə çox fəal işlədiklərini, dopinqə qarşı aktiv mübarizə apardıqlarını söyləyib. Onun fikrincə, 90 ölkənin milli olimpiya komitəsi İBFF-lə əməkdaşlıq edir: “Bütün regional olimpiya proqramlarında iştirak edirik. Öz fəaliyyətimizlə bütün olimpiya hərəkatlarına diqqətlə yanaşdığımızı göstəririk. Qarşıdakı 4 il ərzində olimpiya hərəkatına daxil olmaq üçün böyük proqram hazırlamışıq”.
Sonda Santoxa Azərbaycan bodibildinqçilərinin dünya çempionatında yüksək yerlər uğrunda mübarizə aparacaqlarına və medallar qazanacaqlarına əminlik ifadə edib.
Elşən MƏMMƏDOV

685