Tanınmış bodibildinqçi Bakıda əzələ nümayiş etdirəcək -
Lent.az-ın məlumatına görə, əvvəlcə Azərbaycan Bodibildinq Federasiyasının prezidenti Rauf Bünyatəliyev yarış barədə danışıb.
O bildirib ki, iki gün davam edəcək çempionatda 63 ölkə 60, 65, 70, 75, 80, 85, 90, 100, 100 kq-dan yuxarı çəki dərəcələri üzrə mübarizə aparacaq. İlk yarış günündə hər çəkidə ən yaxşı 15 idmançı yarımfinal mərhələsində çıxış edəcək. Onlardan 6-sı isə ertəsi gün təşkil olunacaq final mərhələsinə vəsiqə qazanacaqlar. Dünya çempionatının təntənəli açılış mərasimi noyabrın 7-də saat 15:00-da olacaq. Mərasimə xüsusi qonaq qismində almaniyalı Markus Rül də qatılacaq. Beynəlxalq Bodibildinq və Bodifitness Federasiyasının (İBBF) təşkil etdiyi müxtəlif yarışlarda yüksək nəticələr göstərmiş 38 yaşlı peşəkar bodibildinqçi sərbəst proqramla çıxış edəcək. Daha sonra final mərhələsi başlanacaq.
Eyni zamanda, Azərbaycan millisinin baş məşqçisi olan Bünyatəliyev bodibildinqçilərimizin imkanları barədə də danışıb. Onun sözlərinə görə, idmançılarımız qarşısına çox ciddi hədəflər qoyulub: “Həm şəxsi, həm də komanda şəklində ən yüksək nəticələr qazanmaq niyyətindəyik. Bilirəm ki, bu çox çətin məsələdir. Misir artıq 4 ildir ki, komanda şəklində qızıl medal qazanır. Bununla belə, biz Misirlə də çox ciddi mübarizəyə qoşulacağıq. Bunu bacaracağımıza əminəm. Belə olmasaydı, belə bir nüfuzlu və məsuliyyətli yarışın Bakıda təşkili kimi ağır yükün altına girməzdim”.
Qeyd edək ki, Markus Rül İBBF-in peşəkar bodibildinqçilər arasında keçirdiyi “Mister Olympia” turnirində 2000 – 2009-cu illərdə iştirak edib. Bu turnirdə onun ən yüksək nəticəsi 2004-cü ildə 5-ci yer olub. Əvəzində Rül 2000-ci ildə “Toronto Pro”, 2002-ci ildə “Night of Champions” turnirlərində hamıdan güclü olub. Tanınmış bodibildinqçi, eyni zamanda 2000-ci ildə “Night of Champions” və 2002-ci ildə “Toronto Pro Classic”də 2-ci, 2003-cü ildə “Arnold Classic”də və 2009-cu ildə “New York Pro”da 3-cü yeri tutub.
Elşən MƏMMƏDOV

1112