“Qalatasaray”ı “Neftçi” ilə əməkdaşlığa Azərbaycan yığması sövq edib
05 noyabr 2010 12:40 (UTC +04:00)

“Qalatasaray”ı “Neftçi” ilə əməkdaşlığa Azərbaycan yığması sövq edib

Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, “sarı-qırmızılar” ölkəmizdəki gənc istedadları yetişdirmək və yoldaşlıq görüşlərində ciddi gəlir əldə etmək üçün “Neftçi” ilə əməkdaşlığa qərar verib.

Digər tərəfdən, azərbaycanlı yetkililərin sponsorluq məsələsində “Cim-Bom”la anlaşma əldə etmək istədiyi bildirilir. Qəzet yazır ki, əməkdaşlıqda məqsəd Türkiyə xaricində mühüm layihələri həyata keçirərək, klubun gələcəyinə lazımi səviyyədə təminat almaq və qısa müddətdə gəlir qazandıracaq fəaliyyətlərə qatılmaqdan ibarətdir.

“Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu isə Lent.az-a açıqlamasında “Qalatasaray”a sponsorluq təklifindən xəbərsiz olduğunu bildirib. Onun sözlərinə görə, iki klub arasında əməkdaşlıq maddi məsələlər üzərində qurulmayacaq. Bu baxımdan, Antalyada və Bakıda yoldaşlıq görüşünün təşkilinə dair ilkin razılıq qarşılığında Türkiyə klubuna pul ödənilməyəcək.

Qeyd edək ki, “Qalatasaray”ın idman direktoru Adnan Sezgin 3-4 noyabrda Bakıya səfər edib. O, səfər çərçivəsində “Neftçi” rəhbərliyi ilə görüşlər keçirib. İki klub arasında yoldaşlıq görüşünün keçirilməsi, flaqman futbolçularının və məşqçilərinin “Cim-Bom” düşərgəsində təcrübə toplamaları kimi məsələlərlə razılıq əldə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 574

Oxşar yazılar