“Neftçi” Bakıda “Qalatasaray”la yoldaşlıq görüşü keçirəcək
Lent.az-ın məlumatına görə, tədbirdə “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov və flaqmanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu da iştirak edib.
Sezgin əvvəlcə Bakıda olduğu üçün məmnunluğunu bildirib: “Qonaqpərvərliyə görə təşəkkür edirəm. Eyni millətin iki güclü komandasının əlaqələri, peşəkar və aşağı yaşlılardan ibarət komandalar arasında əlaqələrin qurulması yönündə danışıqlar aparmaq üçün gəlmişəm”.
“Qalatasaray” rəsmisi “Neftçi”dən “Qalatasaray”a fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorre ilə bağlı problemi çözmək üçün gəlmədiyini bildirib. Onun sözlərinə görə, Melkiorre “Cim-Bom”un hazırkı baş məşqçisi George Hacı ilə birgə əvvəllər də çalışıb: “Melkiorre Hacının məşqçilər heyətində yer alıb. Bu, iki dost klub arasında çözülməyəcək məsələ deyil. Yaxın vaxtlarda əməkdaşlıq yönündə işlər görüləcək. Mən bu məsələnin belə yerdə olduğunu bilmirdim. Bunu bir olaya çevirməyin anlamı yoxdur”.
Sezginin dediklərindən o da məlum olub ki, “Neftçi” rəhbərliyi dövrələrarası fasilə müddətində “Qalatasaray”la Bakıda yoldaşlıq görüşü keçirməyi təklif edib. Amma o, “sarı-qırmızılar”ın sıx qrafiki ilə əlaqədar konkret razılıq verə bilməyib. Bununla belə, 2011-ci ilin 7 – 10 yanvar aralığında iki komandanın Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısında görüşü baş tuta bilər. Bunun üçün “Qalatasaray”ın məşqçilər heyətinin də razılığını almaq lazım gələcək. Eyni zamanda, “Neftçi”dən aşağı yaş qruplarından olan futbolçuların “Qalatasaray”ın düşərgəsində hazırlıq keçməsi məsələsində də razılığa gəlinib.
Sezgin “Qalatasaray”la “Fənərbağça” arasında Bakıda yoldaşlıq görüşünün keçirilməsi variantına da münasibət bildirib: “Mən “Fənərbağça” adından danışa bilmərəm. Onlar da razılıq verərlərsə, bu, mümkündür. Biz təkcə belə oyunların təşkilini deyil, bir çox məsələləri birgə həyata keçirməliyik. İnanıram ki, bunlar gələcəkdə mümkün ola bilər”.
“Qalatasaray” rəsmisi hazırda “Neftçi”dən almaq istədikləri futbolçunun olmadığını da açıqlayıb. Amma bu, gələcəkdə mümkündür: “Bəzi şeylərin iki günə çözülməsi mümkün deyil. Peşəkarlıq yönündə addımlar atılmalıdır. Bir sıra məsələlər həllini tapmalıdır. Bunlar olarsa, çox güclü komandanız ola bilər”.
Tahir Süleymanov isə iki klubun əməkdaşlığı yönündə müzakirələrin aparıldığını bildirib. Onun sözlərinə görə, iki komanda arasında yoldaşlıq görüşü “Neftçi” rəhbərliyi səviyyəsində müzakirə olunacaq və müvafiq qərar veriləcək. “Qalatasaray”a futbolçu transferi məsələsinə gəldikdə, Süleymanov bunları deyib: “Necə ola bilər ki, İngiltərənin “Everton” kimi klubu Araz Abdullayevi transfer etmək istəyir, amma Türkiyə komandaları futbolçularımıza maraq göstərmir. Artıq indidən “Neftçi”nin ən perspektivli futbolçuları hissə-hissə “Qal düşərgəsinə” yollanacaq. Arif Əsədov və digər gənc məşqçilərimiz “Qalatasaray” düşərgəsində təcrübə keçəcəklər. Gələn il yayda “Neftçi” – “Qalatasaray” matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi yönündə işlər görüləcək”.
“Neftçi” rəsmisi onu da bildirib ki, Sezgin “Qalatasaray” prezidenti Adnan Polat adından danışıqlar aparmağa gəlib. İki klub arasındakı münasibətlər tezliklə rəsmiyyətə keçəcək: “Hər iki klub üçün münasib olacağı halda uzunmüddətli münasibətlərə başlanılacaq”.
Sonda Adnan Sezgin “Qalatasaray”ın da iştirakı ilə Bakıda keçirilən voleybol turnirini izləyəcəyini və axşam saatlarında Bakını tərk edəcəyini açıqlayıb.
Elşən MƏMMƏDOV

689