Mirça Rednik: “Kimləri transfer edəcəyimizi müəyyənləşdirmişik” – MÜSAHİBƏ
“Xəzər Lənkəran” futbol klubunun baş məşqçisi Mirça Rednikin Lent.az-a müsahibəsi
- Əvvəlcə noyabrın 6-da “Qəbələ” ilə keçirəcəyiniz səfər oyunu haqda fikirlərinizi bilmək istərdik...
- Artıq ötən tur yendiyimiz “Qarabağ”la oyunu yaddan çıxarmışıq. İrəliyə baxırıq. “Qəbələ” ilə qarşılaşma bizim üçün çox vacibdir. Çalışacağıq ki, qələbə qazanaq. Məhz bunun üçün Qəbələyə yollanırıq. İstəyimizə nail olsaq, liderlər qrupundakı mövqeyimizi qorumuş olacağıq. Həm də yaddan çıxarmayaq ki, birinci pillədəki “Neftçi” “İnter”lə üz-üzə gələcək. Həmin oyunda da xal itkisi ola bilər.
- Belə çıxır ki, Siz həm də “Neftçi”nin “İnter”lə matçda xal itkisinə də ümidlisiniz...
- “Qəbələ” ilə oyun bizim üçün çox vacibdir. Qələbə qazansaq, minimum ikinci pillədəki mövqeyimizi qoruyacağıq. Amma ümidvaram ki, birinci pilləyə yüksələcəyik. Çünki “Neftçi”nin də çətin oyunu var.
- İndiyədək keçirdiyiniz oyunlarda yalnız “İnter” istisna olmaqla, ilk “6-lıq”dakı digər 4 komandanı yenmisiniz. Əvəzində ikinci “6-lıq”dakı “Muğan” və “Bakı” ilə heç-heçə edib, “Gəncə”yə böyük hesabla uduzmusunuz. Nisbətən zəif rəqiblərlə görüşlərdə xal itirməyiniz arxayınçılıqdan irəli gəlmir?
- Razıyam. Ola bilsin, rəqibi qiymətləndirməmişik. Uduzduğumuz yeganə qarşılaşmada futbolçularım “Gəncə”yə hörmətlə yanaşmadılar, qiymətləndirmədilər. Biz də bunun cəzasını çəkdik. Bir şeyi də qeyd edim ki, “Xəzər Lənkəran”a qarşı bütün komandalar sanki vuruşurlar. “Muğan” və “Gəncə” komandamızla elə mübarizə aparırdı ki, sanki son döyüşə çıxmışdılar. Amma “Muğan”ın “Qarabağ”la oyununa baxıram, yoldaşlıq görüşünə bənzəyir. “Gəncə” isə bizim qapımızdan 4 top keçirdiyi halda, “Neftçi”yə 2:6 hesabı ilə uduzdu. Yəni, elə bil ki, “Xəzər Lənkəran”la oyuna hamı xüsusi əhval-ruhiyyə, motivasiya ilə çıxırlar. Ola bilsin, məndə də günah var. Çünki belə zəif komandalara qarşı oyunçularımı kökləyə bilmirəm. Digər tərəfdən, “Qarabağ” kimi güclü komandalarla matçlara hazırlaşmaq daha asandır, nəinki zəiflərlə görüşlərə. Məsələn, ilk baxışdan asan rəqib kimi görünsələr də, “Qəbələ” və “Simurq” kimi komandalarla oyunlara hazırlaşmaq çətindir. Çünki güclülərlə qarşılaşmalara istər-istəməz futbolçularım da xüsusi motivasiya ilə çıxırlar.
- Komandanızın dünənki məşqində 3 qapıçı və 16 meydan oyunçusu iştirak edirdi. Sizcə, bu qədər oyunçu yüksək hədəflərə malik klub üçün az deyil?
- Düzgün vurğuladınız. Doğrudan da komandamızda oyunçu sayı azdır. Əsas problemimiz elə bununla bağlıdır. Ola bilsin, gələn həftədən gürcüstanlı müdafiəçimiz David İmedaşvili bizə kömək etməyə başladı. Emeka Opara, Dieqo Qusmao və Tural Cəlilov isə zədələrinin müalicəsi ilə məşğuldurlar. Qış fasiləsinədək 8 oyunumuz qalır. Çalışacağıq ki, bu heyətlə oyunlarımızı birtəhər yola verək. Sonrasına isə baxarıq.
- Artıq ilk dövrə yekunlaşıb. Bir çox ölkələrin çempionatlarında dövrələr arasında fasilə elan olunur və “transfer pəncərəsi” açılır. Unibank Premyer Liqasında da fasilə qış transfer dövrünə təsadüf etsəydi, hazırkı heyətdən neçə oyunçunu göndərib, neçəsini transfer edərdiniz?
- Mən kimisə göndərməyi düşünmürəm. Çünki onsuz da oyunçu sayımız azdır. Hazırkı heyətdən əlavə, 5-6 oyunçu alsaydıq, yaxşı olardı. Əsasən, yeni futbolçular gətirməyə üstünlük verərdim.
- Amma əsas heyətdə oynamağa qadir azərbaycanlı futbolçuların sayı çox azdır...
- Mən belə deməzdim. Azərbaycanda yaxşı futbolçular var. Özüm şahidi olmuşam ki, onların səviyyəsi heç də pis deyil. Sadəcə, əsas problem yaxşı meydançaların olmamasıdır. Doğrudan da gülməlidir: Hazırda Azərbaycanda bir dənə də yararlı, yüksək səviyyəli meydança yoxdur. Məşqlərdə bir-iki toxunuşlu tapşırıqlar verirəm, onları yerinə yetirməyə meydançanın yararsız durumu mane olur.
- Almaq istədiyiniz oyunçularla ilkin razılıq əldə etmisiniz?
- Artıq kimləri transfer edəcəyimizi müəyyənləşdirmişik. Yaxşı oyunçulardırlar, amma adlarını açıqlamaq istəməzdim. Çünki transfer baş tutmamış demək onlara qarşı hörmətsizlik olar. Yenə deyirəm, kimisə komandadan xaric etmək istəmirəm. Sadəcə, yeni oyunçular götürəcəyəm.
- “Xəzər Lənkəran” bu gün cəmi bir məşqlə kifayətləndi. Halbuki yığmamızın baş məşqçisi Berti Foqts klublarımızın hər gün iki dəfə məşq keçməli olduğunu bildirir. Onun fikirlərinə münasibətiniz necədir?
- Biz Lənkəranda çox vaxt gündə iki məşq keçirik. Sadəcə, indi Bakıda hazırlıq prosesi keçdiyimiz üçün bir məşqlə kifayətlənməli oluruq. Fürsətdən istifadə edərək, cənab Foqtsu Türkiyə üzərində qələbə münasibətilə təbrik edirəm.
Elşən MƏMMƏDOV

741