Mirko Vuçiniç ata oldu
Lent.az-ın “Sky Sports 24” telekanalına istinadən verdiyi məlumata görə, İtaliyanın “Roma” klubunda çıxış edən hücumçunun rəfiqəsi Stefaniya ilə uzunmüddətli münasibətlərindən Aleksandr adlı oğlu dünyaya gəlib.
27 yaşlı futbolçunun övladı İtaliyanın Leççe şəhərində doğulub. Vuçiniç məhz bu şəhərin eyniadlı komandasında 2001 – 2006-cı illərdə oynayıb. O, Stefaniya ilə elə o vaxtdan görüşürmüş. Çernoqoriyalı forvardın ata olacağı ərəfədə “Roma” İtaliya çempionatı matçında “Leççe” ilə üz-üzə gəlib. “Canavarlar”ın 2:0 hesabı ilə qalib gəldiyi görüşdə qollardan birini elə Vuçiniç vurub. O, qol sevincini əlini qarnının üstündə gəzdirməklə qeyd edib.
Vuçiniç xoş xəbər aldıqdan sonra isə “Roma” rəhbərliyindən cəmi bir günlük icazə istəyib. Çünki komandası İsveçrənin “Bazel” klubu ilə Çempionlar Liqası matçına yollandığından, onun çox da vaxtı olmayıb. “Bazel” – “Roma” matçı noyabrın 3-də olacaq.
Qeyd edək ki, Çernoqoriya yığması noyabrın 17-də Azərbaycan millisi ilə yoldaşlıq görüşü keçirəcək. Mirko Vuçiniç də bu oyuna dəvətlilər sırasındadır.

567