Çempionlar Liqası: “İnter”dən gözlənilməz məğlubiyyət
03 noyabr 2010 11:24 (UTC +04:00)

Çempionlar Liqası: “İnter”dən gözlənilməz məğlubiyyət

Lent.az-ın məlumatına görə, Türkiyənin turnirdəki yeganə təmsilçisi “Bursaspor” ardıcıl 4-cü məğlubiyyətə düçar olub.

“Bursaspor” ötən tur səfərdə minimal hesabla yenildiyi “Mançester Yunayted”dən bu dəfə öz meydançasında 3 qol buraxıb. Üstəlik, baş məşqçi Ərtuğrul Sağlamın komandası ilk 3 turda olduğu kimi, yenə qələbəyə həsrət qalıb. Bununla da Türkiyə çempionu Avropanın ən nüfuzlu klub turnirində 1/8 finala vəsiqə şanslarını tam itirib. “Bursaspor” İspaniyanın “Valensiya” və Şotlandiyanın “Reyncers” komandaları ilə keçirəcəyi növbəti qarşılaşmalarda yalnız qələbə təqdirində Avropa Liqasının 1/16 finalında mübarizəni davam etdirə bilər.

Digər qarşılaşmalarda isə bir sıra gözlənilməz nəticələr qeydə alınıb. Çempionlar Liqasının son qalibi “İnter” İngiltərədə “Tottenhem”ə uduzub. Hollandiya çempionu “Tvente” ilk qələbəni Almaniyada “Verder” üzərində əldə edib. “Lion” 3 oyunluq qələbə seriyasından sonra Portuqaliyada “Benfika”ya yenilib. “Barselona” isə Danimarkada “Kopenhagen”ə qalib gələ bilməyib.

Ümumiyyətlə, 4 qrupda baş tutan 8 matçda qapılara 21 qol vurulub. Amma heç bir klub 1/8 finala vaxtından əvvəl vəsiqəni təmin etməyib.

A qrupu

“Tottenhem” (İngiltərə) – “İnter” (İtaliya) – 3:1

Rafael van der Vart, 18. Piter Krauç, 61. Roman Pavlyuçenko, 89 - Samuel Eto O, 80

“Verder” (Almaniya) – “Tvente” (Hollandiya) – 0:2
Naser Şadlı, 81. Luk de Yonq, 84
Qırmızı vərəqə: Torsten Frinqs, 75 (“Verder”)

S

Komandalar

O

Q

H

M

T

X

1.

“Tottenhem”

4

2

1

1

12-8

7

2.

“İnter”

4

2

1

1

11-8

7

3.

“Tvente”

4

1

2

1

  6-7

5

4.

“Verder”

4

0

2

2

  3-9

2



24 noyabr: “İnter” – “Tvente”, “Tottenhem” – “Verder”

B qrupu

“Hapoel” (Təl-Əviv, İsrail) – “Şalke 04” (Almaniya) – 0:0

“Benfika” (Portuqaliya) – “Lion” (Fransa) – 4:3

Alan Kardek, 20. Fabiu Koentru, 32; 67. Xavi Qarsiya, 42 – Yoann Qurküff, 75. Batefimbi Qomis, 85. Deyan Lovren, 90+5

S

Komandalar

O

Q

H

M

T

X

1.

“Lion”

4

3

0

1

8-5

9

2.

“Şalke 04”

4

2

1

1

5-2

7

3.

“Benfika”

4

2

0

2

6-7

6

4.

“Hapoel”

4

0

1

3

2-7

1



24 noyabr: “Şalke 04” – “Lion”, “Hapoel” – “Benfika”

C qrupu

“Valensiya” (İspaniya) – “Reyncers” (Şotlandiya) – 3:0

Roberto Soldado, 33; 71. Tino Kosta, 90

“Bursaspor” (Türkiyə) – “Mançester Yunayted” (İngiltərə) – 0:3
Darren Fletçer, 48. Qabriel Obertan, 73. Bebe, 77

S

Komandalar

O

Q

H

M

T

X

1.

“Mançester Y”

4

3

1

0

5-0

10

2.

“Valensiya”

4

2

1

1

8-2

7

3.

“Reyncers”

4

1

2

1

2-4

5

4.

“Bursaspor”

4

0

0

4

0-9

0



24 noyabr: “Reyncers” – “Mançester Yunayted”, “Valensiya” – “Bursaspor”

D qrupu

“Rubin” (Rusiya) – “Panatinaikos” (Yunanıstan) – 0:0

“Kopenhagen” (Danimarka) – “Barselona” (İspaniya) – 1:1

Klaudemir, 32 - Lionel Messi, 31

S

Komandalar

O

Q

H

M

T

X

1.

“Barselona”

4

2

2

0

9-3

8

2.

“Kopenhagen”

4

2

1

1

4-3

7

3.

“Rubin”

4

0

3

1

1-2

3

4.

“Panatinaikos”

4

0

2

2

1-7

2



24 noyabr: “Rubin” – “Kopenhagen”, “Panatinaikos” – “Barselona”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 540

Oxşar yazılar