Ələkbər İmaməliyev: “Yığmamızın çıxışına cavabdehliyi mən yox, koreyalı daşıyır”
01 noyabr 2010 19:00 (UTC +04:00)

Ələkbər İmaməliyev: “Yığmamızın çıxışına cavabdehliyi mən yox, koreyalı daşıyır”

İnanıram ki, gələcəkdə taekvondoçularımız daha yaxşı nəticə göstərəcəklər”. Bu fikirləri Lent.az-a açıqlamasında taekvondo üzrə Azərbaycanın kişilərdən ibarət milli komandasının baş məşqçisi Ələkbər İmaməliyev deyib.

İmaməliyevin sözlərinə görə, yığmamızın Bakıda başa çatan Komandalararası Avropa Çempionatındakı çıxışına cavabdehliyi o yox, koreyalı mütəxəssis Con Conq Be daşıyır: “Açığı, bu komandanı yarışa Con Conq Be hazırlayıb. Məşqlərə o rəhbərlik edib. Mən isə çempionata ayyarım qalmış ona köməkçi təyin olunmuşdum. Hətta tatami üzərinə “sekundant” kimi də çıxmamışdım. Məsələ burasındadır ki, çempionat olimpiya çəkiləri üzrə keçirilirdi. Olimpiya yığmamıza isə Be rəhbərlik edir”.

Baş məşqçi bildirib ki, Azərbaycan Taekvondo Federasiyasının I vitse-prezidenti Füzuli Musayev millimizin ¼ finalda mübarizəni dayandırmasından narazı qalıb. Bununla belə, çempionatın yekunları ilə əlaqədar hələ federasiyadaxili toplantı keçirilməyib.

Qeyd edək ki, Komandalararası Avropa Çempionatında həm kişi, həm də qadınlardan ibarət yığmamız ¼ finalda Fransaya uduzaraq, mübarizəni dayandırıb.

Elşən
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 600

Oxşar yazılar