Füzuli Musayev: “Komandalararası Avropa Çempionatına tam hazırıq”
29 oktyabr 2010 18:48 (UTC +04:00)

Füzuli Musayev: “Komandalararası Avropa Çempionatına tam hazırıq”

Lent.az-ın məlumatına görə, bu haqda jurnalistlərə ATF-nin I vitse-prezidenti Füzuli Musayev məlumat verib.

Musayev bildirib ki, Avropa Taekvondo Birliyinin nümayəndələri iki gün davam edəcək yarışın təşkilatçılığını yüksək qiymətləndiriblər: “Bu yarışlara neçə aydır ki, hazırlaşırdıq. Qaydalara əsasən, komissiya gəlib yoxlamalar apardıqdan sonra həmin məkanda yarışın keçirilməsinin nə dərəcədə mümkünlüyünə dair qərar verməlidir. Amma bizə belə bir komissiya gəlmədi. Çünki artıq neçənci dəfədir ki, taekvondo üzrə nüfuzlu yarışlar təşkil edirik. Bu günkü hazırlığımıza çox müsbət qiymət verildi. Sevindirici haldır ki, 3 il öncə gələnlər yenidən Bakıda olarkən, paytaxtımızı tanımadıqlarını bildirdilər. Bu isə hər sahədə, o cümlədən idmanda inkişaf etdiyimizi göstərir”.

ATF rəsmisinin fikrincə, qonaqlar yarışın keçiriləcəyi “Sərhədçi” Olimpiya İdman Mərkəzindəki şəraiti də yüksək qiymətləndiriblər: “Bir çox ölkənin nümayəndələri bu idman qurğusunun çox gözəl şəraitə malik olduğunu vurğuladılar. Onlar bildirdilər ki, bu, Avropada ən gözəl komplekslərdən biridir”.

Musayev taekvondoçularımızın Komandalararası Avropa Çempionatında uğurla çıxış edəcəklərinə inandığını da vurğulayıb.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1265

Oxşar yazılar