Meydançada soyunan futbolçu Azərbaycanla oyuna çağırılmayacaq - FOTO
Noyabrın 17-də Azərbaycan yığması ilə keçirəcəyi yoldaşlıq görüşünə Çernoqoriya milli komandasının təcrübəli futbolçuları çağırılmayacaq. Lent.az-ın Çernoqoriya Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu haqda rəqib komandanın baş məşqçisi Zlatko Krançar jurnalistlərə açıqlamasında bildirib.
Hələlik komandalardan heç birinin heyəti açıqlanmayıb. Amma 53 yaşlı mütəxəssis yığmamızla görüşdə 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində böyük oyun təcrübəsi olmayanlara şans verəcəyini söyləyib. Başqa sözlə, yığmamızla matça qapıçı Mladen Bojoviç (“Videoton”, Macarıstan), müdafiəçi Milan Yovanoviç (“Spartak” Nalçik, Rusiya), yarımmüdafiəçi Simon Vukçeviç (“Sportinq”, Portuqaliya) və hücumçu-kapitan Mirko Vuçiniç (“Roma”, İtaliya) kimi seçmə oyunların daimi iştirakçıları dəvət edilməyəcəklər. Podqoritsa şəhər mərkəzi stadionunda təşkil olunacaq Çernoqoriya – Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Qeyd edək ki, Çernoqoriya millisi Avropa çempionatının seçmə mərhələsində 4 oyundan sonra 10 xalla G qrupunun lideridir. Qrupdakı rəqiblərindən Uels, Bolqarıstan və İsveçrəni 1:0 hesabı ilə yenən baş məşqçi Zlatko Krançarın komandası səfərdə İngiltərə yığması ilə heç-heçə edib – 0:0. Çernoqoriya həm də 5 komandalı qrupda qapısından top buraxmayan yeganə ölkədir. “Cəsur şahinlər”in vurduğu 3 qoldan 2-sinin müəllifi Mirko Vuçiniç olub. Vuçiniç oktyabrın 8-də İsveçrə millisinə vurduğu qolun sevincini şortunu əynindən çıxararaq, başına keçirməklə qeyd edib.
Elşən MƏMMƏDOV

570