“Qarabağ” rəsmisi: “Quzanlıda oynamaq fikrimiz yoxdur”
27 oktyabr 2010 13:06 (UTC +04:00)

“Qarabağ” rəsmisi: “Quzanlıda oynamaq fikrimiz yoxdur”

Bu haqda Lent.az-a stadionu icarəyə götürən “Qarabağ” futbol klubunun icraçı direktoru Əmrah Çəlikəl verib.

Onun sözlərinə görə, hazırda meydançanın ot örtüyünün bərpası və lazımi vəziyyətə gətirilməsi yönündə işlər aparılır. Çəlikəl ayyarımdan sonra ev oyunlarını yenidən həmin arenada keçirəcəklərini açıqlayıb. Həmin vaxtadək isə “Qarabağ” rəqiblərini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.

Klub rəsmisi ötən mövsümdəki kimi, Ağdamdakı Quzanlı Olimpiya Kompleksinin stadionunda çıxış etmək fikrində olmadıqlarını bildirib: “Bu, komanda rəhbərliyinin qərarıdır. Səbəb isə Ağdamda kollektivin qalması üçün şəraitin yoxluğu ilə əlaqədardır. Bizim Bakıda bazamız, icarəyə götürdüyümüz meydançamız var. Futbolçularımızın evləri də paytaxtdadır. Ağdam və onun ətrafındakı ərazilərdə isə ən yaxın otel Mingəçevirdə yerləşir. Oradan komandamız Quzanlıyadək kifayət qədər yol qət etməli olurdu. Gələcəkdə nə olacağını deyə bilmərəm, amma hazırda Quzanlıda oynamaq fikrimiz yoxdur. Bu barədə dəfələrlə açıqlama vermişik”.

Qeyd edək ki, “Qarabağ” klubu Unibank Premyer Liqasının XI turunda “Xəzər Lənkəran”la üz-üzə gələcək. Oktyabrın 30-da keçiriləcək görüş Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 761

Oxşar yazılar