Dünya çempionu avtomobil qəzasına düşdü
17 aprel 2009 10:00 (UTC +04:00)

Dünya çempionu avtomobil qəzasına düşdü

“Formula-1” üzrə dünya çempionu Luis Hamilton İsveçrədə avtomobil qəzasına düşüb. Lent.az-ın “Tribune de Geneve” nəşrinə istinadən verdiyi məlumata görə, 23 yaşlı pilot Vezena şəhərciyində “yol ver” nişanına məhəl qoymayıb.

Nəticədə, onun “Mercedes-Benz” markalı avtomobili yerli sakinlərdən birinin idarə etdiyi “Peugeot 206”ya çırpılıb. Hadisə bir ay öncə - martın 14-də baş versə də, yalnız indi rəsmi məlumat yayılıb. Toqquşmada heç kim xəsarət almayıb, Luis Hamilton isə dərhal günahını boynuna alaraq, “Peugeot 206”nın sahibindən üzr istəyib. Problem məhkəməsiz yoluna qoyulub.

Qeyd edək ki, böyük britaniyalı pilot 2007-ci ildə də yol-hərəkət qaydalarını pozub. Həmin vaxt o, Fransa şosselərindən birində maksimal həddi keçərək, saatda 196 km sürətlə hərəkət edib. Nəticədə, Hamilton sürücülük vəsiqəsindən məhrum olunub və 600 avro cərimələnib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1926

Oxşar yazılar

Zaniolo  üçün qərar verildi: "Qalatasaray"lı  futbolçu İtaliyadan əliboş qayıdır

Zaniolo üçün qərar verildi: "Qalatasaray"lı futbolçu İtaliyadan əliboş qayıdır

24 may 2025 , 19:07
O da Ançelotti ilə vidalaşdı

O da Ançelotti ilə vidalaşdı

24 may 2025 , 14:49
"Barselona" onu satır

"Barselona" onu satır

24 may 2025 , 13:14
Modriçin hansı kluba keçməyə hazırlaşdığı  məlum oldu

Modriçin hansı kluba keçməyə hazırlaşdığı məlum oldu

24 may 2025 , 11:15
İtaliya A Seriyasının ən yaxşı futbolçusu  seçildi

İtaliya A Seriyasının ən yaxşı futbolçusu seçildi

24 may 2025 , 08:42
Almaniya millisinin üzvü “Bavariya”da

Almaniya millisinin üzvü “Bavariya”da

24 may 2025 , 03:37
“Napoli” İtaliya çempionu  oldu

“Napoli” İtaliya çempionu oldu

24 may 2025 , 01:03
Millimiz Sloveniyanı darmadağın  etdi

Millimiz Sloveniyanı darmadağın etdi

23 may 2025 , 22:44