Ermənistan yığması başsız qaldı
Serj Sarkisyanın izlədiyi görüşdən sonra yığmanın baş məşqçisi qovuldu
Futbol üzrə Ermənistan milli komandasının baş məşqçisi Yan Poulsen istefaya göndərilib.
Lent.az-ın məlumatına görə, bu haqda qərar Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyanla danimarkalı mütəxəssis arasında keçirilmiş görüşdən sonra qəbul edilib.
Bununla belə, 63 yaşlı Poulsenə federasiyada texniki direktor vəzifəsi təklif olunub. Yığmanın baş məşqçi postu isə müvəqqəti olaraq, onun köməkçisi Vardan Minasyana həvalə edilib.
Qeyd edək ki, Poulsen 2008-ci ilin yanvarında Ermənistan millisinin baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında ermənilər 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsində ilk dörd matçda Türkiyə, İspaniya, Belçika, Bosniya və Herseqovinaya uduzublar. Yalnız martın 28-də İrəvanda keçirilmiş qarşılaşmada Estoniya ilə 2:2 hesablı heç-heçə qeydə alınıb. Ermənistan prezidenti Serj Sarkisyanın da tribunadan izlədiyi görüşdən sonra Poulsen istefaya göndərilib.

Oxşar yazılar

"Neftçi" bu dəfə "Sabah"a uduzdu
2 aprel 2025 , 21:42
Azərbaycan Kuboku: "Qarabağ" “Araz-Naxçıvan”a uduzdu
2 aprel 2025 , 19:26
PSJ bu mövsüm Fransanın bütün turnirlərində heç kimə uduzmayıb -VİDEO
2 aprel 2025 , 19:07
Antonio Rüdiger Arda barəsində: Dünyanın ən yaxşı sol ayağı
2 aprel 2025 , 15:29
“Fenerbahçe” və “Galatasaray” oyunçuları pulla motivasya edir, amma nəticə...
2 aprel 2025 , 11:06
Ən yaxşı futbolçu qeyri-adi hədiyyə aldı
1 aprel 2025 , 19:20
"Mançester Siti" mövsümün ən vacib vaxtında bombardirini itirdi
1 aprel 2025 , 16:35