Avropa çempionatında çıxış edəcək güləşçilərimiz sabah açıqlanacaq
Aprelin 13-də Bakıda start götürəcək sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatı üçün Azərbaycan milli komandalarının heyəti aprelin 8-də açıqlanacaq. Bu haqda Lent.az-a Azərbaycan Güləş Federasiyasının (AGF) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib.
Yunan-roma güləşi üzrə millimizin tərkibi sabah saat 13:00-da Tofiq Bəhramov adına Respublika stadionundakı təlim-məşq bazasında, sərbəst və qadın güləşi üzrə yığmalarımızın tərkibi isə 17:30-da “Şüa” İdman-Sağlamlıq Kompleksində məlum olacaq. Hər iki tədbirə AGF-nin I vitse-prezidenti Namiq Əliyev qatılacaq. Əliyev pəhləvanlarımızla görüşdükdən sonra jurnalistlər üçün brifinq keçirəcək.
Avropa çempionatının proqramına əsasən, sərbəst güləşçilər 13-14 apreldə, qadın güləşçilər 15-16 apreldə, yunan-Roma güləşçiləri isə 17-18 apreldə çıxış edəcəklər.

791