İntizamsız futbolçular yenə cəzalandırıldılar
06 aprel 2010 11:00 (UTC +04:00)

İntizamsız futbolçular yenə cəzalandırıldılar

AFFA İntizam Komitəsi Azərbaycan milli komandasının sabiq futbolçuları Emin Quliyev və Zaur Ramazanovu cəzalandırıb.



Lent.az-ın məlumatına görə, “Karvan”da çıxış edən hər iki futbolçu Unibank Premyer Liqasının XXVI turunda “Standard”la qarşılaşmada hakimi təhqir etdikləri üçün diskvalifikasiyaya məruz qalıb.


Emin Quliyev 84-cü dəqiqədə, Zaur Ramazanov isə qarşılaşmadan sonra nalayiq hərəkətləri ilə əlaqədar hərəyə 2 oyunluq cəza və 2000 manat cəriməyə məruz qalıb.


“İnter”lə matçda 4 futbolçusu sarı vərəqə ilə cəzalandırılan “Bakı”ya isə 1000 manat cərimə kəsilib.


Qeyd edək ki, həm Emin Quliyev, həm də Zaur Ramazanov oyun vaxtı intizamsızlıqları ilə ad çıxarıblar. Bu səbəbdən, onlar indiyədək dəfələrlə cəzalandırılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 647

Oxşar yazılar