“Bakı” “Birlik Kuboku”nda mübarizəyə başlayır
16 yanvar 2010 10:30 (UTC +04:00)

“Bakı” “Birlik Kuboku”nda mübarizəyə başlayır

Azərbaycanı yarışda ikiqat ölkə çempionu “Bakı” klubu təmsil edir.

“Bakı” tarixində ikinci dəfə ənənəvi turnirə qatılır. İlk dəfə 2007-ci ildə “Birlik Kuboku”nda mübarizə aparan paytaxtın eyniadlı komandası həmin vaxt ¼ finalda mübarizəni dayandırmalı olmuşdu. Amma bu dəfə klub rəhbərliyi kuboku Bakıya gətirmək niyyətindədir. İndiyədək ölkə komandalarından bu uğura 2006-cı ildə ”Neftçi”, 2008-ci ildə isə “Xəzər-Lənkəran” nail olub.


“Bakı” ilk oyununu Bakı vaxtı ilə saat 14:00-da, “Dinamo” manejində Tacikistanın “Vaxş” klubuna qarşı keçirəcək.

“Bakı”nın mübarizə aparacağı qrupun və sonrakı mərhələlərin təqvimi:

B qrupu
“Bakı” (Azərbaycan)
HİK (Finlandiya)
“Aktobe” (Qazaxıstan)
“Vaxş” (Tacikistan)

16 yanvar
14:00. “Aktobe” – HİK. “Olimpiyski” İdman Kompleksi
14:00. “Vaxş” – “Bakı”. “Dinamo” maneji

17 yanvar
14:00. “Bakı” – HİK. “Olimpiyski” İdman Kompleksi
14:00. “Aktobe” – “Vəhş”. “Dinamo” maneji

19 yanvar
14:00. “Aktobe” – “Bakı”. “Olimpiyski” İdman Kompleksi
14:00. HİK – “Vaxş”. “Dinamo” maneji

1/4 final
20 yanvar
“Olimpiyski” İdman Kompleksi
1. 14:00. D qrupunun qalibi – C qrupunun ikincisi
2. 16:00. B qrupunun qalibi – A qrupunun ikincisi
3. 18:00. C qrupunun qalibi – D qrupunun ikincisi
4. 20:00. A qrupunun qalibi – B qrupunun qalibi

Yarımfinal
22 yanvar
“Olimpiyski” İdman Kompleksi
17:00. 2-ci cütün qalibi – 3-cü cütün qalibi
20:00. 1-ci cütün qalibi – 4-cü cütün qalibi

Final
24 yanvar
16:00. “Olimpiyski” İdman Kompleksi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 904

Oxşar yazılar