Elnur Məmmədli daha bir nüfuzlu yarışa buraxılmadı
14 yanvar 2010 12:30 (UTC +04:00)

Elnur Məmmədli daha bir nüfuzlu yarışa buraxılmadı

Apasport.az saytının məlumatına görə, buna səbəb 22 yaşlı idmançımızın Beynəlxalq Cüdo Federasiyasının reytinq cədvəlində öz çəkisində ilk “16-lığ”a düşə bilməməsidir.
Təşkilatçılar ölkəmizdən cəmi iki cüdoçuya - Elxan Məmmədov (90 kq) və Kifayət Qasımovaya (57 kq) dəvət göndəriblər. Ancaq Qasımova zədəsi hələ tam sağalmadığı üçün səfərə yollanmayacaq. Belə olan halda, Azərbaycanın idman şərəfini yalnız Elxan Məmmədov qoruyacaq. O, son reytinq cədvəlində 432 xalla 8-ci pillədə qərarlaşıb. Elxan yığmanın məşqçisi Hacıağa Hacıəhmədovla birgə bu gün Suvona yollanıb. Dünya Ustaları yarışı 16-17 yanvarda baş tutacaq.



Qeyd edək ki, reytinq cədvəli ötən ilin yanvarından bəri rəsmi yarışların nəticələrinə əsasən tərtib olunub. Elnur Məmmədli 2008-ci ilin avqustunda olimpiya çempionu tituluna yiyələndikdən sonra indiyədək heç bir turnirə qatılmayıb və buna görə də onun adı reytinq cədvəlinə düşməyib.
# 922

Oxşar yazılar