Messi, yoxsa Çitalu? - QALMAQAL
13 dekabr 2012 10:38 (UTC +04:00)

Messi, yoxsa Çitalu? - QALMAQAL

FİFA növbəti qalmaqalla üzləşə bilər. Söhbət ondan gedir ki, təqvim ilində vurduğu qol sayına görə, rekordun əsl sahibi Lionel Messi yox, zambiyalı futbolçu Qodfri Çitaludur. Lent.az-ın məlumatına görə, belə bəyanatla Zambiya Futbol Assosiasiyası (ZFA) çıxış edib.

Zambiyalı futbol məmurları bildiriblər ki, 1972-ci ildə Çitalu 107 qol vurub ki, bu da Messinin 86 qolluq rekordundan xeyli çoxdur. Onlar qaradərili hücumçunun hər bir qolunu dəqiqəsinədək təqdim etmək niyyətindədirlər. ZFA sənədləri Afrika Futbol Konfederasiyasına və FİFA-ya göndərəcək.

Çitalu karyerasının böyük hissəsini “Кабве Уорриорс” klubunda keçirib. O, 3 dəfə Zambiya çempionu, 5 dəfə ölkəsinin ən yaxşı futbolçusu olub. Zambiya millisində də çıxış etmiş futbolçu rəsmi qarşılaşmalarda 13 dəfə meydana çıxıb və 8 qol vurub. Bundan əlavə, olimpiya yığmasının tərkibində 1980-ci il Moskva Yay Olimpiya Oyunlarında forma geyinib, keçmiş SSRİ millisini 1 dəfə məyus edib.

Çitalu 1993-cü ildə Zambiya yığmasının baş məşqçisi olub. Həmin il o, Librevildə avtomobil qəzasına düşərək komanda ilə birgə ölüb.

Qeyd edək ki, “Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi təqvim ilində vurduğu qol sayında rekorda dekabrın 10-da imza atıb. O, 1992-ci ildə almaniyalı Herd Müllerin müəyyənləşdirdiyi 85 qolluq əvvəlki rekordu arxada qoyub. Ötən gün isə Messi İspaniya Kubokunun 1/8 final matçında “Kordoba”nın qapısından 2 top keçirib və bu il ərzində hesabındakı qolların sayını 88-ə çatdırıb. “Barsa” ilin sonunadək daha 2 oyuna çıxmalıdır. Kataloniya komandası dekabrın 16-da “Atletiko”, dekabrın 22-də “Valyadolid”lə İspaniya çempionatının oyunlarında üz-üzə gələcək.
# 2133

Oxşar yazılar

"Mançester Yunayted"dəki gələcəyi ilə bağlı qərar verildi

"Mançester Yunayted"dəki gələcəyi ilə bağlı qərar verildi

3 may 2024 , 16:03
Mbappe Serxio Ramosun  Madriddə yaşadığı evi   almaq istəyir

Mbappe Serxio Ramosun Madriddə yaşadığı evi almaq istəyir

3 may 2024 , 14:46
Antonio Konte “Çelsi”yə  qayıda bilər

Antonio Konte “Çelsi”yə qayıda bilər

3 may 2024 , 13:40
Benzema Madridə  qayıdır

Benzema Madridə qayıdır

3 may 2024 , 11:49
Almaniyada çılpaq futbol  oynadılar

Almaniyada çılpaq futbol oynadılar

3 may 2024 , 10:08
Volkan Demirel istefa ərizəsini rəhbərliyə təqdim edib

Volkan Demirel istefa ərizəsini rəhbərliyə təqdim edib

3 may 2024 , 09:57
Konfrans Liqasında yarımfinal oyunları  keçirildi

Konfrans Liqasında yarımfinal oyunları keçirildi

3 may 2024 , 01:18
Avropa Liqası: "Bayer 04" klubu "Roma"nı məğlub etdi

Avropa Liqası: "Bayer 04" klubu "Roma"nı məğlub etdi

3 may 2024 , 01:06