Boksçularımuz hakimlərə, yoxsa ermənilərə qarşı?
12 dekabr 2012 15:37 (UTC +04:00)

Boksçularımuz hakimlərə, yoxsa ermənilərə qarşı?

Rusiyanın Kalininqrad şəhərində boks üzrə 18 - 22 yaşlılar arasında Avropa çempionatı davam edir. Lent.az-ın məlumatına görə, Azərbaycan idmançılarından yarışın ilk günündə 69 kq çəki dərəcəsində mübarizə aparan Tamerlan Abdullayev rinqə çıxıb.

Milli komandamızın üzvü litvalı Riçardas Kunçaitisə 12:13 hesabı ilə uduzub. Yığmamızın baş məşqçisi Nəriman Abdullayev Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə açıqlamasında təmsilçimizin bu görüşdə pis təsir bağışlamadığını deyib. Onun fikrincə, hakimlərin qeyri-obyektiv qərarları səbəbindən həmyerlimiz mübarizəni dayandırmalı olub.

Bu gün yarışda daha 2 boksçumuz ilk görüşlərini keçirəcəklər. Elvin İsayev (60 kq) Ermənistan nümayəndəsi Hovanes Baçkovla, Heybətulla Hacəliyev (64 kq) isə Almaniyanı təmsil edən Artyom Arutunyanla üz-üzə gələcək.
# 1157

Oxşar yazılar