(R) Braziliyalılar başlayıb, braziliyalılar bitirəcək
12 dekabr 2012 14:31 (UTC +04:00)

(R) Braziliyalılar başlayıb, braziliyalılar bitirəcək

www.etopaz.az proqnoz həvəskarlarını bu gün də darıxmağa qoymayacaq. Azərbaycanın yeganə virtual mərc oyunları dileri bugünkü proqramında müştərilərinə 32 qarşılaşma təqdim edir.

Bu görüşlərdən ilk olaraq saat 14:30-da Yaponiyada təşkil edilən klublararası dünya çempionatının “Əl-Əhli” (Misir) – “Korintians” (Braziliya) matçı başlayacaq. Proqramdakı ilk qarşılaşma kimi son oyun da braziliyalıların iştirakı ilə keçiriləcək. Söhbət Cənubi Amerika klub çempionatının final matçından gedir. 2 oyundan ibarət final mübarizəsinin ilk görüşü dekabrın 6-sı Argentinada keçirilib. Yerli “Tiqre” klubu ilə Braziliya təmsilçisi “San Paulu” arasındakı ilk dueldə azarkeşlər qol görməmişdi -0:0. Bu gecə Bakı vaxtı ilə saat 03:50-də isə Braziliyada cavab oyunu keçiriləcək. Bu cür turnirlər üçün daha titullu və təcrübəli olan “San Paulu” finalın aşkar favoriti sayılır. Braziliyalıların qələbə əmsalı da bundan xəbər verir - 1.25. “Tiqre”nin sensasion qələbəsinə www.etopaz.az 7.50 əmsal müəyyənləşdirib. Heç-heçə isə 4.50 əmsalla işarələnib.

Bugünkü proqramda www.etopaz.az müştərilərinə 3 “tək oyun” təklif olunur. Onlardan Türkiyə Kubokunun “Antalyaspor” – “Beşiktaş” matçı həm də canlı mərcə açıq olacaq. Saat 20:00-da başlanacaq qarşılaşmanın favoriti "Beşıktaş" sayılır. Bu da təbiidir. “Qara qartal” son illərdə “Antalyaspor”a bir dəfə belə uduzmayıb. Bunu nəzərə alan www.etopaz.az “Beşiktaş”ın səfər qələbəsi üçün 2.20 əmsal müəyyənləşdirib. “Antalyaspor”da bu rəqəm 2.70-dir, heç-heçənin əmsalı isə 3.20-dir. Əgər bu əmsallar sizi qane etməzsə, matçın startını gözləyib canlı mərcə qoşula bilərsiniz.

Antalyadakı qarşılaşmanın startından yarım saat sonra İtaliya Kubokunun “Parma” – “Kataniya” görüşü başlayacaq. Maraqlıdır ki, bu komandalar arasında son 8 ildə baş tutan duellərin heç birində qonaqlar qələbə qazana bilməyib. Əgər bu dəfə ənənə pozularsa, yəni, matç “Kataniya”nın qələbəsi ilə bitərsə, bu sonluğu təxmin edənlər öz pullarını 2.95 dəfə artıracaq. “Parma”nın qələbəsi düzgün proqnoz verənləri 2, heç-heçə isə 3.6 dəfə “irəli salacaq”.

Günün sonuncu “tək oyun”u isə gecə 12-də başlayacaq. Fransa Liqasında “Marsel” səfərdə “Bastiya” ilə qarşılaşacaq. Bu duel üçün www.etopaz.az-ın əmsalları belədir: “Bastiya”nın qələbəsi 2.85, heç-heçə 3.10, "Marsel"in zəfəri 2.10.

www.etopaz.az bütün müştərilərinə düzgün seçim və çoxlu qazanc arzulayır. Bizimlə oynayın, bizimlə qazanın!!!
# 866

Oxşar yazılar

Almaniyada çılpaq futbol  oynadılar

Almaniyada çılpaq futbol oynadılar

3 may 2024 , 10:08
Volkan Demirel istefa ərizəsini rəhbərliyə təqdim edib

Volkan Demirel istefa ərizəsini rəhbərliyə təqdim edib

3 may 2024 , 09:57
Konfrans Liqasında yarımfinal oyunları  keçirildi

Konfrans Liqasında yarımfinal oyunları keçirildi

3 may 2024 , 01:18
Avropa Liqası: "Bayer 04" klubu "Roma"nı məğlub etdi

Avropa Liqası: "Bayer 04" klubu "Roma"nı məğlub etdi

3 may 2024 , 01:06
"Mən aqressiv şahmatçıyam" - Ülviyyə Fətəliyeva

"Mən aqressiv şahmatçıyam" - Ülviyyə Fətəliyeva

2 may 2024 , 22:53
Messi  sərvət xərclədi:   Görün nə aldı

Messi sərvət xərclədi: Görün nə aldı

2 may 2024 , 19:45
Tuxel Çempionlar Liqasını qazansa belə,  “Bavariya”dan gedəcək

Tuxel Çempionlar Liqasını qazansa belə, “Bavariya”dan gedəcək

2 may 2024 , 18:39
Maradonanın ölümü ilə bağlı YENİ FAKT

Maradonanın ölümü ilə bağlı YENİ FAKT

2 may 2024 , 17:33