Avropa Oyunları Azərbaycana 100 milyondan çox gəlir gətirəcək
11 dekabr 2012 12:02 (UTC +04:00)

Avropa Oyunları Azərbaycana 100 milyondan çox gəlir gətirəcək

0
2015-ci il Avropa Oyunları Azərbaycana ən azı 100 milyon avro qazandıracaq. Lent.az-ın məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov keçirdiyi mətbuat konfransında deyib.

O, bildirib ki, gəlir 4 istiqamətdən üzrə əldə olunacaq: “Oyunların bütün yayım hüquqları Azərbaycan tərəfindədir. Avropa Olimpiya Komitəsinin təklifi ilə bu hüquqları Avropa Yayım Şurasına satacağıq. Məbləğ 40-50 milyon avrodan aşağı olmayacaq. Bütün sponsorlardan gəlirlər Azərbaycana çatacaq. Eyni zamanda, brendlər və bilet satışı hüququ da ölkəmizə verilib. Bu maddələr üzrə ən azı 100 milyon avro vəsait büdcəmizə daxil olmalıdır. Təxminən bu gəlirin 120-130 milyon avro aralığında olması da gözlənilir”.

Çəkilən xərclərə gəldikdə, nazir bu məbləğin çox da yüksək olmayacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1268

Oxşar yazılar