Topaz Premyer Liqasında yeni lider: ”Qarabağ”
07 dekabr 2012 18:43 (UTC +04:00)

Topaz Premyer Liqasında yeni lider: ”Qarabağ”

Futbol üzrə Topaz Premyer Liqasında XVI tura start verilib. Lent.az-ın məlumatına görə, açılış oyununda “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Kəpəz”i qəbul edib.

Görüş Ağdam komandasının qələbəsi ilə yekunlaşıb – 3:1. Hesabı 7-ci dəqiqədə Riçard Almeyda vurub. Bundan 14 dəqiqə sonra Vaqif Cavadov fərqi artırıb. 30-cu dəqiqədə Rəşad Sadıqov baş hakim Rauf Cabbarovun təyin etdiyi penaltidən dəqiq yararlana bilməyib. “Qarabağ” 3-cü qolu 89-cu dəqiqədə vurub: Əfran İsmayılov fərqlənib. Əsas vaxta əlavə olunan uzatma dəqiqələrində Yuri Fomenko “Kəpəz”in təsəlli qolunu vurub.

Bu qələbə sayəsində “Qarabağ” xallarını 27-yə çatdırıb və ən azı 2 gün müddətinə liderliyi ələ keçirib. 2-3-cü pillələrdə olan “İnter”lə “Simurq” oyunlarını dekabrın 9-da və 10-da keçirəcəklər. Hər iki komandanın hesabında 26 xal var.

7 dekabr (cümə)

“Qarabağ” (Ağdam) – “Kəpəz” (Gəncə) – 3:1
Qollar: Riçard Almeyda, 7. Vaqif Cavadov, 21. Əgfran İsmayılov, 89 - Yuri Fomenko, 90+2
İstifadə olunmamış penalti: Rəşad Sadıqov, 30 (“Qarabağ”)

8 dekabr (şənbə)

14:00. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Namiq Hüseynov, Ömər Paşayev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

9 dekabr (bazar)

15:15. “İnter” (Bakı) – AZAL (Bakı)
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Elman Musayev, Orxan Məmmədov
Bakı, “Şəfa” stadionu

10 dekabr (bazar ertəsi)

14:00. “Turan” (Tovuz) – “Bakı”
Hakimlər: Rəhim Həsənov, İlham Əliyev, Elşən Acalov, Teymur Fərhadov
Tovuz şəhər stadionu

16:00. “Simurq” (Zaqatala) – “Xəzər Lənkəran”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Feyzulla Feyzullayev
Zaqatala şəhər stadionu

18:00. “Neftçi” (Bakı) – “Rəvan” (Bakı)
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Yaşar Abbasov, Elvin Əsgərov
Bakı, 8-ci kilometr stadionu.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1110

Oxşar yazılar