AFFA AVRO-2020-yə Gürcüstansız gedir
AFFA 2020-ci il Avropa çempionatının təşkilatçı şəhərlərindən biri olmaq üçün Bakı şəhərinin namizədliyini irəli sürmək və müvafiq olaraq sifariş prosesinə qatılmağı qərara alıb. Lent.az-ın məlumatına görə, qurumun yaydığı rəsmi açıqlamada dövlət dəstəyi sayəsində paytaxtımızın AVRO-2020-nin təşkilinə namizədlərlə layiqincə rəqabət apara biləcəyinə əminlik ifadə olunub.
Federasiya prezidenti Rövnəq Abdullayev sifariş proseduruna uyğun şəkildə fəaliyyət göstərməsini, müvafiq sənədlərin hazırlanmasını və İşçi Qrupun siyahısının təqdim olunmasını baş katib Elxan Məmmədova həvalə edib. “Biz əminik ki, dövlətin dəstəyi sayəsində bizim şəhərimiz AVRO-2020-nin təşkilinə namizədlərlə layiqincə rəqabət apara bilər” deyə rəsmi açıqlamada bildirilir.
Qeyd edək ki, daha öncə Azərbaycan və Gürcüstan qitə çempionatı birgə təşkil etməyi təklif etmiş və bununla bağlı tenderdə iştirak etməyə hazır olduğunu açıqlamışdı. Lakin UEFA İcraiyyə Komitəsinin son iclasında AVRO-2020-nin Avropanın müxtəlif şəhərlərində keçirilməsi ilə bağlı qərar qəbul edilib. UEFA və UEFA-ya üzv ölkələrin nümayəndələri ilə əvvəlki görüşlərdə AFFA bu innovativ ideyanı dəstəkləyib. Federasiyamızda hesab edirlər ki, AVRO-2020-nin müxtəlif şəhərlərdə keçirilməsi ümumi bayram olacaq və nəinki bir və ya iki ölkəyə, eyni zamanda bir çox ölkələrə oyunun əzəmətini hiss etmək imkanı verəcək .

Oxşar yazılar

Sabiq federasiya prezidenti dağlarda öldü
28 avqust 2025 , 15:09
Olimpiya çempionu təcili yardım maşınında doğdu
28 avqust 2025 , 12:54
Dani Meneses "Liverpul"un hücumçusu Yuqo Ekitikunun sevgilisidir - FOTOLENT
28 avqust 2025 , 10:00Prezident “Qarabağ”ı təbrik etdi
28 avqust 2025 , 00:52
“Qarabağ” yenidən Çempionlar Liqasında
27 avqust 2025 , 22:44
“Beşiktaş”da ayrılıq - RƏSMİ
27 avqust 2025 , 21:11
Çempionlar Liqasının 3 debütantı: onlar kimlərdir və Avropada necə sensasiya yaratdılar?
27 avqust 2025 , 19:20