Ermənistandan bir medal gətirəcəyik
Ermənistanın paytaxtı İrəvanda gənclər arasında keçirilən boks üzrə Avropa çempionatında Azərbaycan milli komandasının 1 medalla kifayətlənəcəyi müəyyənləşib. Lent.az-ın məlumatına görə, yarışa qatılan 7 boksçumuzdan 6-sı artıq mübarizəni dayandırıb.
¼ finaladək irəliləməyi bacaran 3 təmsilçimizdən yalnız Pərviz Bağırov yarımfinala yüksələrək, ən azı bürünc medalı təmin edib. 64 kq çəki dərəcəsində yer alan boksçumuz litvalı Eymantas Stanionisə qalib gəlib – 13:7. O, yarımfinalda qvatemalalı Lester Normandi Martines Tutla üz-üzə gələcək. Döyüş dekabrın 6-da Bakı vaxtı ilə saat 15:15-də başlanacaq.
Orxan Mayıllı (75 kq) qazaxıstanlı Daulet Bayqabatova yenilib – 6:8. Rahil Məmmədli (91 kq) isə Daniel Uilyamsa (İngiltərə) uduzub. İlk raundda Uilyams hesabda 6:5 öndə ikən Məmmədli başından aldığı zədə səbəbindən döyüşü davam etdirə bilməyib.
Daha 4 boksçumuzdan Tural Əhmədov (52 kq) 1/8 finalda, Saqi Salehli (69 kq) və Rauf Rəhimov (81 kq) 1/16 finalda, Nəsrəddin Məmmədov (56 kq) isə 1/32 finalda uduzaraq, mübarizəni dayandırıb.
Qeyd edək ki, dünya çempionatına dekabrın 7-də yekun vurulacaq.

Oxşar yazılar

"Real" azarkeşləri "Atletik"lə oyunda Mbappeni alçaltdılar -VİDEO
21 aprel 2025 , 19:33
"Barselona" Dokereşə görə bu oyunçuları ilə ayrılmağa hazırdır
21 aprel 2025 , 18:27
"Lester"dən İngiltərə Premyer Liqasında antirekord
21 aprel 2025 , 17:17
“Dəli” ləqəbli əfsanəvi qapıçı vəfat etdi
21 aprel 2025 , 15:26
İtaliyada bütün oyunlar təxirə salındı - SƏBƏB
21 aprel 2025 , 13:42
"İnter"in baş məşqçisi Səudiyyə Ərəbistanından təklifi rədd etdi
21 aprel 2025 , 12:42
"Bayer" Alonsonun "Real”a rəhbərlik etmək istəyinə mane olmayacaq
21 aprel 2025 , 10:28