“Neftçi” cərimələndi, baş hakim haqsız çıxdı
Lent.az xəbər verir ki, növbəti yanlış qərar XV turun “Xəzər Lənkəran” – AZAL matçının 34-cü dəqiqəsinə təsadüf edib.
Meydan sahiblərinin futbolçusu Adrian Pitə simulyasiyaya görə göstərilmiş sarı vərəqə epizodunda referi Rəhim Həsənovun epizodu düzgün qiymətləndirmədiyi üzə çıxıb. Bu səbəbdən, AFFA İntizam Komitəsi Pitə göstərilən sarı vərəqəni ləğv edib.
Turun digər oyunlarına gəldikdə, “Qarabağ”la matçda “Neftçi”nin 5 futbolçusu sarı vərəqə alıb. Bu səbəbdən, flaqman 1000 manat cərimələnib. 30-cu dəqiqədə “Neftçi” azarkeşləri tərəfindən meydançaya pirotexniki vasitə atıldığı üçün kluba daha 2000 manat cərimə kəsilib. “Qəbələ” ilə görüşdə 6 futbolçusu sarı vərəqə alan “Bakı” da 1000 manat ziyana düşüb.
XIV turda isə “Qarabağ”la görüş zamanı “Turan”ın 5 futbolçusu sarı vərəqə alıb. Buna görə də Tovuz klubu 1000 manat cərimələnib. “Turan”ın qapıçısı Andrey Popoviç isə Azərbaycan kubokunun 1/8 finalında “Xəzər Lənkəran”la matçın 90+3-cü dəqiqəsində sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Popoviç 1 oyunluq cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb. Oyunun 116-cı dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Elnur Abdullayev komanda yoldaşı Kamal Bayramovu təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. O, 3 oyunluq cəzalanıb, klub 2000 manat cərimələnib.

Oxşar yazılar

"Real" azarkeşləri "Atletik"lə oyunda Mbappeni alçaltdılar -VİDEO
21 aprel 2025 , 19:33
"Barselona" Dokereşə görə bu oyunçuları ilə ayrılmağa hazırdır
21 aprel 2025 , 18:27
"Lester"dən İngiltərə Premyer Liqasında antirekord
21 aprel 2025 , 17:17
“Dəli” ləqəbli əfsanəvi qapıçı vəfat etdi
21 aprel 2025 , 15:26
İtaliyada bütün oyunlar təxirə salındı - SƏBƏB
21 aprel 2025 , 13:42
"İnter"in baş məşqçisi Səudiyyə Ərəbistanından təklifi rədd etdi
21 aprel 2025 , 12:42
"Bayer" Alonsonun "Real”a rəhbərlik etmək istəyinə mane olmayacaq
21 aprel 2025 , 10:28