“Sumqayıt” da Bakıya gəldi, paytaxtda “tıxac” yarandı
0
0
Futbol üzrə Topaz Premyer Liqasının paytaxtdan kənarda fəaliyyət göstərən daha bir klubu paytaxta köçüb. Lent.az-ın məlumatına görə, Ağdamın “Qarabağ” komandasının ardından Sumqayıtın eyniadlı klubu da ev oyununu Bakıda keçirməyə qərar verib.
“Sumqayıt” XVI turda “Qəbələ”ni Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda deyil, “Bayıl Arena”da qəbul edəcək. Dekabrın 8-də keçiriləcək görüş saat 14:00-da başlanacaq. Bu yerdəyişmə Peşəkar Futbol Liqası (PFL) tərəfindən qarşıdakı turun proqramının açıqlanmasından bir sutka keçməmiş gerçəkləşib. Daha bir dəyişiklik isə başlama saatı ilə bağlıdır. VI turdan təxirə salınmış “Xəzər Lənkəran” – “Bakı” oyunu dekabrın 6-da saat 17:00-da deyil, saat 16:00-da başlanacaq.
Qeyd edək ki, “Sumqayıt” və “Qəbələ”nin əvəzedici heyətləri Mehdi Hüseynzadə adına stadionda üz-üzə gələcəklər.