Burak Yılmaz “ilin komandası”na  namizəddir
04 dekabr 2012 11:52 (UTC +04:00)

Burak Yılmaz “ilin komandası”na namizəddir

0
Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Burak Yılmaz UEFA tərəfindən seçilən “ilin komandası”na namizəd sayılıb. Lent.az-ın məlumatına görə, Yılmaz ən yaxşı hücumçu nominasiyasında fərqləndirilib.

O, Serxio Aquero, Radamel Falkao (hər ikisi “Atletiko”, İspaniya), Edinson Kavani (“Udineze”, İtaliya), Didye Droqba (“Çelsi”, İngiltərə - “Şanxay Şenxua”, Çin), Mario Qomes (“Bavariya”, Almaniya), Klas Yan Huntelar (“Şalke”, Almaniya), Zlatan İbrahimoviç (“Milan”, İtaliya – PSJ, Fransa), Robert Levandovski (“Borussiya” Dortmund, Almaniya), Lionel Messi (“Barselona”, İspaniya), Kriştianu Ronaldu (“Real Madrid”, İspaniya) və Robin van Persi (“Arsenal”, İngiltərə - “Mançester Yunayted”, İngiltərə) ilə mübarizə aparır.

Qeyd edək ki, bu mövsüm Çempionlar Liqasında “Qalatasaray”ın vurduğu 5 qolun hamısına imza atan Burak Yılmaz “ilin komandası”na namizədlər arasında Türkiyədən yeganə futbolçudur. İspaniya “Real Madrid”inin əslən türk oyunçusu Məsut Özil isə ən yaxşı yarımmüdafiəçi nominasiyasında namizədlər siyahısındadır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1511

Oxşar yazılar