“İnter” – “Neftçi” matçının baş hakimi açıqlandı
03 dekabr 2012 16:19 (UTC +04:00)

“İnter” – “Neftçi” matçının baş hakimi açıqlandı

0
“Neftçi” klubunun futbol üzrə Avropa Liqasında İtaliya “İnter”i ilə VI tur matçının baş hakimi açıqlanıb. Lent.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, dekabrın 6-da keçiriləcək qarşılaşmaya Bosniya və Herseqovinadan olan referi Emir Aleçkoviç təyinat alıb.

33 yaşlı Aleçkoviç 2010-cu ildən beynəlxalq dərəcəyə malikdir. O, 2014-cü il dünya çempionatının seçmə mərhələsini idarə edən hakimlər sırasına daxil edilib. Avroliqanın qrup mərhələsində isə bu hakim oktyabrın 25-də Hollandiyada PSV ilə İsveç AİK-i arasındakı matçda fit çalıb.

Qeyd edək ki, Milan şəhərindəki “Cüzeppe Meatsa” stadionunda keçiriləcək “İnter” – “Neftçi” matçı yerli vaxtla saat 21:05-də (Bakı vaxtı ilə gecə saat 00:05) başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 974

Oxşar yazılar