Topaz Premyer Liqası: “Neftçi”yə dərs – NƏTİCƏLƏR, TURNİR CƏDVƏLİ
03 dekabr 2012 11:38 (UTC +04:00)

Topaz Premyer Liqası: “Neftçi”yə dərs – NƏTİCƏLƏR, TURNİR CƏDVƏLİ

Futbol üzrə Topaz Premyer Liqasında XV turun oyunları keçirilib. Lent.az-ın məlumatına görə, turun 6 qarşılaşmasından 1-i yarımçıq qalıb.

“Xəzər Lənkəran” – AZAL matçı hesab 1:1 ikən 54-cü dəqiqədə dayandırılıb. Səbəb Lənkəran şəhər mərkəzi stadionunu qatı dumanın bürüməsi olub. Qarşılaşmanın qalan hissəsi dekabrın 3-də, saat 14:00-dan etibarən elə həmin arenada oynanılacaq.

Digər oyunlara gəldikdə, şərikli liderlər “İnter” və “Simurq” növbəti qələbələrini qazanıblar. Paytaxt klubu evdə “Rəvan”ın qapısından 2, Zaqatala komandası isə səfərdə “Simurq”un qapısından 1 top keçirib. Bununla da top fərqində üstünlüyə yiyələnən “İnter” 1-ci pilləyə yüksəlib.

“Qəbələ” öz meydanında “Bakı”ya uduzub. Bundan yararlanan “Qarabağ” “Neftçi” üzərində minimal hesablı səfər qələbəsi sayəsində 3-cü pilləyə qalxıb. Bununla da flaqman İtaliyada “İnter”lə keçirəcəyi Avropa Liqası matçı öncəsi məğlubiyyət dərsi alıb. Əfqan Talıbovun baş məşqçi postuna gətirilməsindən sonra uğurlu çıxışı ilə diqqət çəkən “Turan” isə autsayder “Kəpəz”i darmadağın edib.

2 dekabr (bazar)

“Qəbələ” – “Bakı” – 0:2
Qollar: Junior Vilson, 53. Nurlan Novruzov, 83

“Sumqayıt” – “Simurq” (Zaqatala) – 0:1
Qol: Stepan Polyak, 45

“Turan” (Tovuz) – “Kəpəz” (Gəncə) – 5:1
Qollar: Salif Ballo, 2; 19; 58. Fərid Quliyev, 44. Ender Günlü, 72 - Aleksandr Kurtskeviç, 52 - öz qapısına

“İnter” (Bakı) – “Rəvan” (Bakı) – 2:0
Qollar: Baçana Tsxadadze, 51 – penalti ilə. Samir Zərgərov, 90+4

“Neftçi” (Bakı) – “Qarabağ” (Ağdam) – 0:1
Qollar: Vüqar Nadirov, 12

3 dekabr
14:00. “Xəzər Lənkəran” – AZAL (Bakı) – 1:1 (oyun 54-cü dəqiqədən davam etdirəcək)
Hakimlər: Rəhim Həsənov, İlham Əliyev, Elşən Acalov, Feyzulla Feyzullayev
Lənkəran şəhər stadionu

Turnir cədvəli


N

Komandalar

O

Q

H

M

T

X

1

İnter

14

7

5

2

15-6

26

2.

Simurq

15

7

5

3

17-9

26

3.

Qarabağ

15

6

6

3

19-15

24

4.

Qəbələ

15

6

4

5

18-17

22

5.

Neftçi

12

7

0

5

26-15

21

6.

Turan

15

5

4

6

19-20

19

7.

Xəzər Lənkəran

13

5

4

4

18-11

19

8.

AZAL

13

4

5

4

17-14

17

9.

Rəvan

15

4

4

7

14-23

16

10.

Bakı

13

3

7

3

13-10

16

11.

Sumqayıt

15

3

5

7

12-28

14

12.

Kəpəz

15

2

3

10

9-29

9




Bombardir: Nikolas Kanales (“Neftçi”) - 12 qol.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1079

Oxşar yazılar