İrəvan rinqində daha 2 boksçumuz 1/8 finala çıxdı
03 dekabr 2012 11:14 (UTC +04:00)

İrəvan rinqində daha 2 boksçumuz 1/8 finala çıxdı

0
Ermənistanın paytaxtı İrəvanda keçirilən gənclər arasında dünya çempionatının dördüncü yarış günündə Azərbaycanın 2 boksçusu 1/16 final görüşlərinə çıxıb. Lent.az-ın məlumatına görə, 52 kq çəki dərəcəsində yer alan Tural Əhmədov Mavrikiya təmsilçisi Donovan Geri ilə üz-üzə gəlib.

Qarşılaşma boksçumuzun böyük üstünlüyü ilə başa çatıb – 18:4 (8:1, 6:2, 4:1). 1/8 finalda Əhmədov hindistanlı Dirajla görüşəcək. Döyüş dekabrın 3-də keçiriləcək.

91 kq çəkidəki boksçumuz Rahil Məmmədli isə venesuelalı Alfonso Flores Millanı üstələyib – 13:6 (4:2, 4:2, 5:2). O, dekabrın 4-də ingiltərəli Daniel Uilyamsı sınağa çəkəcək.

Qeyd edək ki, daha öncə boksçularımızdan Pərviz Bağırov (64 kq) və Orxan Mayıllı (75 kq) da növbəti mərhələyə yüksəliblər. Bu gün Bağırov almaniyalı Rene Marsel Orsingerlə, Mayıllı isə venesuelalı Nalek Korbaj Barrera ilə qarşılaşacaq. Əvəzində Nəsrəddin Məmmədov (56 kq) elə ilk görüşdəcə, Saqi Salehli (69 kq) və Rauf Rəhimov (81 kq) ikinci döyüşlərində uduzaraq mübarizəni dayandırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 915

Oxşar yazılar