Konfederasiyalar Kubokunun püşkü atıldı
01 dekabr 2012 19:09 (UTC +04:00)

Konfederasiyalar Kubokunun püşkü atıldı

0
Braziliyanın San-Paulu şəhərində futbol üzrə 2013-cü il Konfederasiyalar Kubokunun püşkatma mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, püşk nəticəsində 2014-cü dünya çempionatı öncəsi təşkil olunacaq yarış üçün qrupların tərkibi müəyyənləşib.

Təşkilatçı Braziliya, eləcə də İtaliya, Meksika və Yaponiya A qrupuna düşüb. B qrupunda isə son dünya və Avropa çempionu İspaniya, həmçinin Uruqvay, Taiti və Afrika Kubokunun qalibi çıxış edəcək.

Qeyd edək ki, “qara qitə”nin çempionu gələn il fevralın 10-da müəyyənləşəcək. Konfederasiyalar Kuboku isə iyunun 15-dən 30-dək keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2004

Oxşar yazılar