“Bakı” klubundan “20 milyon avro” xəbərinə reaksiya
01 dekabr 2012 18:01 (UTC +04:00)

“Bakı” klubundan “20 milyon avro” xəbərinə reaksiya

Klubun Media və Marketinq Departamentinin rəhbəri Nəriman Mehdiyev Lent.az-a açıqlamasında Madrid təmsilçisinin hesabına müəyyən məbləğdə vəsaitin köçürüləcəyini təsdiqləyib.

Lakin o, “AS” qəzetinin yazdığı məbləğdən xəbərsiz olduğunu bildirib. Mehdiyevin sözlərinə görə, vəsait 3 illik müqavilə qarşılığında ödəniləcək: “Bura təkcə “Real Madrid”lə İspaniya çempionatı matçına “Atletiko”nun “Land of Fire Azerbaijan” (“Odlar yurdu Azərbaycan”) yazılmış forma ilə çıxması daxil deyil. Biz onlarla 3 illik müqavilə bağlamışıq. Anlaşmaya əsasən, Azərbaycanın 10-15 yaşlı futbolçuları “Atletiko”nun bazasında “Bakı” klubunun hesabına təcrübə keçəcəklər, mövsümün sonunda Madrid təmsilçisi Bakıya gələrək, Azərbaycanın seçmə futbolçulardan ibarət komanda ilə yoldaşlıq matçına çıxacaq. Bunlarla yanaşı, “Santyaqo Bernabeu” stadionunda keçiriləcək Madrid derbisində “Altetiko”nu Azərbaycanı təbliğ edən formada görəcəyik”.

Mehdiyev bildirib ki, ödəniləcək məbləğə dair ən dəqiq məlumat ilin sonunda “Atletiko”nun maliyyə hesabatında əksini tapacaq: “Yəqin ki, həmin sənəd ictimaiyyətə açıqlanacaq və “Bakı”dan nə qədər ödəniş olduğu da orada göstəriləcək”.

Qeyd edək ki, AS qəzeti “Atletiko”nun hesabına 20 milyon avro ödəniləcəyi barədə məlumat yayıb. Bu xəbər həmin məbləğin yalnız 1 oyun üçün verildiyinə dair söz-söhbətlərə səbəb olub.

Elşən MƏMMƏDOV
# 1874

Oxşar yazılar

"Səbail" "Qəbələ"yə UDUZDU

"Səbail" "Qəbələ"yə UDUZDU

6 may 2024 , 21:56
Qazaxıstanlı milyarder İngiltərə  futbol klubunu   aldı

Qazaxıstanlı milyarder İngiltərə futbol klubunu aldı

6 may 2024 , 19:47
Avropa çempionu müharibədə həlak oldu

Avropa çempionu müharibədə həlak oldu

6 may 2024 , 18:19
Devid Moyesin “Vest Hem”dəki  əvəzedicisi   o olacaq 

Devid Moyesin “Vest Hem”dəki əvəzedicisi o olacaq 

6 may 2024 , 17:24
"Barselona"nın  keçmişq baş məşqçisi   vəfat edib

"Barselona"nın keçmişq baş məşqçisi vəfat edib

6 may 2024 , 15:12
 “Bayer” “Benfika”nın  rekordunu təkrarladı

 “Bayer” “Benfika”nın rekordunu təkrarladı

6 may 2024 , 13:44
Ronaldonun 2016-cı ildən bəri  ən məhsuldar  mövsümü

Ronaldonun 2016-cı ildən bəri ən məhsuldar mövsümü

6 may 2024 , 12:09
Futbolçu başına top dəydikdən sonra  huşunu itirdi

Futbolçu başına top dəydikdən sonra huşunu itirdi

6 may 2024 , 09:57