İki boksçumuz İrəvanda qələbə ilə başladı
01 dekabr 2012 10:52 (UTC +04:00)

İki boksçumuz İrəvanda qələbə ilə başladı

Lent.az-ın məlumatına görə, onlardan 2-si ilk görüşlərini qələbə ilə başa vurub.

91 kq çəkidə yarışan Rahil Məmmədli 1/32 finalda puerto-rikolu Sureta Murielyanı 17:11 (8:5, 6:3, 3:3) hesabı ilə yenib. O, dekabrın 2-də venesuelalı Alfonso Floreslə qarşılaşacaq.

52 kq çəkidəki təmsilçimiz Tural Əhmədov da mübarizəyə qələbə ilə başlayıb. O, 1/32 finalda Norveç boksçusu Hadi Hassan Sruraya qalib gəlib – 21:21 (7:7, 9:3, 5:2). 1/16 finalda Əhmədov mavritaniyalı Donovan Qeri ilə döyüşəcək. Bu qarşılaşma da dekabrın 2-də baş tutacaq.

81 kq çəkidə yer alan Rauf Rəhimov (81 kq) isə gürcüstanlı Aleksandr Dokvadze ilə görüşdə rinqi məğlub tərk edib. Hesab 6:5 rəqibin xeyrinə olarkən hakimlər boksçumuzu yarışdan kənarlaşdırıb və qələbəni Dokvadzeyə verib.

Qeyd edək ki, ilk yarış günündə daha bir boksçumuz Nəsrəddin Məmmədov (56 kq) erməni rəqibi Taron Sogomonyana uduzub.
# 1580

Oxşar yazılar