İspaniyanın məşhur futbol klubu Azərbaycanı reklam edəcək - FOTO
Dekabrın 1-də İspaniyanın “Atletiko” klubu ilə Azərbaycan arasında strateji əməkdaşlıq müqaviləsinin təqdimetmə mərasimi keçiriləcək. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Madriddəki “Visente Kalderon” stadionunda baş tutacaq tədbir yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə saat 16:00) başlanacaq.
Mərasimə “Atletiko”nun prezidenti Enrike Sereso Torres və Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev qatılacaq. Tədbir zamanı klubun “Real Madrid”lə paytaxt derbisi üçün forması da nümayiş etdiriləcək. Formanın üzərində “Land of Fire Azerbaijan” (“Odlar yurdu Azərbaycan”) yazılıb. Oyun isə Bakı vaxtı ilə bu gecə saat 01:00-da başlanacaq.
Qeyd edək ki, “Atletiko” beynəlxalq strateji əməkdaşlığını genişləndirərək, ötən ay “Bakı” klubu ilə müqavilə imzalayıb. Madrid təmsilçisinin baş direktoru Migel Anxel Xil Martin Azərbaycan paytaxtında AFFA prezidenti Rövnəq Abdullayev və ölkəmizin digər rəsmiləri ilə görüşüb və idman, ticarət və imic brendi vasitəsilə klubun markasını tanıdıb. Anlaşmaya əsasən, ölkəmizin seçmə oyunçularından ibarət komanda ilə “Atletiko” arasında mövsümün sonunda yoldaşlıq görüşünün təşkili, eləcə də AFFA-nın dəstəklədiyi digər idman tədbirlərinin keçirilməsi, Azərbaycanın üstünlükləri və xüsusiyyətlərinin dünyada təbliği nəzərdə tutulub.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

“Bavariya”da ağır itki - Futbolçunun ayağı sındı
5 iyul 2025 , 21:39
Klublararası dünya çempionatında ən çox qazanan klublar
5 iyul 2025 , 17:41
Avropanın 5 liqasına futbolçu hazırlayan ən yaxşı akademiyalar
5 iyul 2025 , 16:12
Yenidən futboldan həzz almaq istəyirəm: Poqba ambisiyalarını AÇIQLADI
5 iyul 2025 , 11:54
Boksçu böyük qalmaqalla üzləşdi: oranqutanı elektron siqaret çəkməyə məcbur etdi
5 iyul 2025 , 10:11
"Fluminense" dünya çempionatında yarımfinala çıxdı
5 iyul 2025 , 01:56
"Çelsi" külli miqdarda cərimələndi
4 iyul 2025 , 23:23