Topaz Premyer Liqasında növbəti  turun hakimləri açıqlanıb
30 noyabr 2012 18:50 (UTC +04:00)

Topaz Premyer Liqasında növbəti turun hakimləri açıqlanıb

Futbol üzrə Topaz Premyer Liqasında XV turun oyunlarına hakim təyinatları açıqlanıb. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, FİFA referisi Anar Salmanov 3 oyunluq məcburi istirahətdən sonra yenidən baş hakim kimi təyinat alıb.

O, “Qəbələ” – “Bakı” matçını idarə edəcək. Əvəzində digər beynəlxalq dərəcəli hakim Vüsal Əliyevə oyun verilməyib. Əzəli rəqiblərdən sayılan “Neftçi” və “Qarabağ” arasındakı görüşə isə Fariz Yusifov təyinat alıb.

2 dekabr (bazar)

14:00. “Qəbələ” – “Bakı”
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Namiq Hüseynov, Orxan Məmmədov
Qəbələ şəhər stadionu

14:00. “Sumqayıt” – “Simurq” (Zaqatala)
Hakimlər: Elvin Əsgərov, Azər Əsgərov, Nahid Əliyev, İnqilab Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

14:00. “Turan” (Tovuz) – “Kəpəz” (Gəncə)
Hakimlər: Elçin Məmmədov, Rza Məmmədov, Rahil Ramazanov, Ramil Diniyev
Tovuz şəhər stadionu

16:00. “Xəzər Lənkəran” – AZAL (Bakı)
Hakimlər: Rəhim Həsənov, İlham Əliyev, Elşən Acalov, Feyzulla Feyzullayev
Lənkəran şəhər stadionu

16:00. “İnter” (Bakı) – “Rəvan” (Bakı)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Ömər Paşayev
Bakı, “Şəfa” stadionu

18:00. “Neftçi” (Bakı) – “Qarabağ” (Ağdam)
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Ramiz Əsədov, Rauf Cababrov
Bakı, 8-ci kilometr stadionu.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 717

Oxşar yazılar