Gürcüstanda Güləş Federasiyasının prezidenti həbs olundu
30 noyabr 2012 12:35 (UTC +04:00)

Gürcüstanda Güləş Federasiyasının prezidenti həbs olundu

Gürcüstan Güləş Federasiyasının prezidenti, Zestafoni şəhərinin qamgebelisi (bələdiyyə başçısı) Kaxa Getsadze həbs olunub. Lent.az-ın məlumatına görə, bununla bağlı ölkənin Daxili İşlər Nazirliyi rəsmi açıqlama yayıb.

Açıqlamada bildirilir ki, Getsadze diyar polisinin baş idarəsi və dairə prokurorluğu əməkdaşlarının müştərək tədbirləri nəticəsində saxlanılıb. Ona qarşı 3 maddə ilə ittiham irəli sürülüb. Federasiya prezidenti “Odlu silah vasitəsilə xuliqanlıq”, “Sağlamlığa bilərəkdən yüngül zərər yetirmə” və “Başqasının əmlakına zərər vurma”qda günahlandırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 958

Oxşar yazılar