Ramin Musayev: “MDB çempionatının baş tutacağına inanmıram”
Qurumun prezidenti Ramin Musayev Lent.az-a açıqlamasında çempionat formatında yarışın baş tutacağına inanmadığını söyləyib.
Onun fikrincə, bu yarış turnir formatında keçirilsə, Azərbaycan da təmsil oluna bilər. Amma artıq iflasa uğrayan “Birlik Kuboku”ndan da səviyyəli turnir təşkil olunmalıdır: “Bu halda milli çempionatımızın qalibi həmin turnirdə çıxış edə bilər. Amma MDB çempionatı 30-40 turdan ibarət olarsa, klublarımızın 20-dək səfər matçına yollanmağa imkanı çatmaz. Qısa müddəti əhatə edən turnir keçirilsə və sponsorlar tapılsa, səviyyəli alınar və Azərbaycan klubları da orada mübarizə aparar. Mən MDB çempionatının baş tutacağına inanmıram”.
Qeyd edək ki, keçmiş SSRİ ərazisində müştərək birinciliyin keçirilməsinin əsas təşəbbüskarı “Zenit”in faktiki sahibi və “Qazprom”un rəhbəri Aleksey Milnerdir. Milner Rusiya Futbol İttifaqının (RFS) Nizam İntizam Komitəsinin “Zenit”ə Moskva “Dinamo”su ilə yarımçıq qalan matçla əlaqədar texniki məğlubiyyət verməsindən narazı qalıb. O, RFS-i Rusiya Premyer Liqasını tərk edəcəkləri ilə hədələyərək, MDB çempionatı keçirməyi təklif edib. Bu ideyaya Rusiyanın “Anji”, MOİK, Ukraynanın “Dinamo” (Kiyev), Belarusun BATE klubları və Ermənistan Futbol Federasiyası dəstək verib.
Elşən MƏMMƏDOV

970