AZAL-da şok ayrılıq
Bakının AZAL klubu Azərbaycan milli komandasında da çıxış edən futbolçusu Aqil Nəbiyevlə vidalaşıb. Lent.az-ın məlumatına görə, 30 yaşlı müdafiəçi ilə klubun yolları qarşılıqlı razılıq əsasında ayrılıb.
Baş məşqçi Vaqif Sadıqov bu addımı Azərbaycan Kubokunun 1/8 final mərhələsində Zaqatala “Simurq”una 0:1 hesablı məğlubiyyətlə başa çatan matçın ardından atıb. Əvvəlki mövsümlərdə kapitan funksiyasını yerinə yetirmiş və daim əsas heyətdə yer almış Nəbiyev Sadıqovun gəlişindən sonra ehtiyata göndərilib. O, hətta bəzi matçlarda ilk “18-liy”ə də salınmayıb. Bu isə futbolçu tərəfindən narazılıqla qarşılanıb. Hətta tərəflər arasında münaqişənin baş verdiyi bildirilir.
Qeyd edək ki, Aqil Nəbiyevin qış transfer dövründə “Bakı”ya keçəcəyi bildirilir.

1698