Azərbaycan Kuboku: 5 klub ¼ finalda
Lent.az-ın məlumatına görə, bu vəsiqələrə “Neftçi”, “Bakı”, “Qarabağ”, “Qəbələ” və “Xəzər Lənkəran” yiyələnib.
“Neftçi” I divizionda yarışan “Tərəqqi” (Gəncə) komandasını darmadağın edib – 5:0. Flaqmanın baş məşqçisi Böyükağa Hacıyev meydana əsas heyətin əksər üzvlərini buraxmayıb. Bununla belə, “ağ-qaralar” ilk yarıdaca görüşün taleyini həll ediblər.
I divizionun daha bir təmsilçisi “Qaradağ Lökbatan” Qəbələdə eyniadlı komandaya uduzub – 0:2. Bu matçda isə qollar fasilədən sonra vurulub.
Topaz Premyer Liqasının autsayderi “Kəpəz” isə eyni hesabla öz meydanında “Qarabağ”a yenilib. Lakin əsas vaxtda hesab açılmayıb. Hər iki qol əlavə vaxtda vurulub. Hesabı Gəncə komandasının oyunçusu Bujamin Asani açıb. O, topu öz qapısına göndərib. İkinci qolu isə “Qarabağ”dan ayrıldığını açıqladıqdan bir neçə gün sonra geri qayıdan Əfran İsmayılov vurub.
“Bakı” isə “Sumqayıt”ı çətinlik çəkmədən yenib – 3:1. Matçın əvvəllərində Maris Verpakovski dubl edib. İlk yarının sonlarında Tural Qürbətov fərqi daha da artırıq. Qonaqlar ikinci hissədə Murad Hüseynovun penalti zərbəsi ilə təsəlli qolunu vurublar.
Ən gərgin oyun Tovuzda “Turan”la “Xəzər Lənkəran” arasında baş tutub. Artıq matçın əvvəllərində meydan sahibləri hesabı açıb. Qonaqlar bərabərlik qolunu əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə penaltidən vurublar. Penalti yerinə yetirilməmişdən öncə “Turan”ın qapıçısı Andrey Popoviç meydandan qovulub. 30 dəqiqəlik əlavə vaxt ərzində komandalar fərqlənə bilməsələr də, “Xəzər Lənkəran”ın futbolçusu Elnur Abdullayev qırmızı vərəqə alıb. Yalnız penaltilər seriyasında 6:4 hesablı qələbə qazanan Lənkəran komandası ¼ finala yüksəlib. “Turan” isə matçın baş hakimi Fariz Yusifovun idarəçiliyindən narazı qalıb.
“Tərəqqi” (Gəncə) – “Neftçi” (Bakı) – 0:5
Qollar: Elşən Abdullayev, 19. Elvin Yunuszadə, 27. Mahir Şükürov, 32 - penalti ilə. Erik Ramos, 39. Kamil Nurəhmədov, 45
“Turan” (Tovuz) – “Xəzər Lənkəran” – 1:1 (penaltilərlə - 4:6)
Qollar: Fərmayıl Əliyev, 2 – Branimir Subaşiç, 90+4 - penalti ilə
Qırmızı vərəqələr: Andrey Popoviç, 90+3 – Elnur Abdullayev, 116
“Kəpəz” (Gəncə) – “Qarabağ” (Ağdam) – 0:2 (əsas vaxt – 0:0)
Qollar: Bujamin Asani, 101 – öz qapısına. Əfran İsmayılov, 118
“Bakı” – “Sumqayıt” – 3:1
Qollar: Maris Verpakovski, 9; 12. Tural Qürbətov, 37 – Murad Hüseynov, 75 – penalti ilə
“Qəbələ” – “Qaradağ Lökbatan” (Bakı) – 2:0
Qollar: Yannik Kamanan, 47. Mummer Erdoğdu, 60
1/8 final mərhələsinə 3 oyunla yekun vurulacaq:
17:45. AZAL (Bakı) – “Simurq” (Zaqatala)
18:00. MOİK (Bakı) – “İnter” (Bakı)
18:00. “Rəvan” (Bakı) – “Neftçala”
¼ finalda görüşəcəklər:
AZAL / “Simurq” cütünün qalibi – “Neftçi”
“Qəbələ” – “Qarabağ”
“Bakı” – MOİK / “İnter” cütünün qalibi
“Rəvan” / “Neftçala” cütünün qalibi – “Xəzər Lənkəran”
Oyunlar 2013-cü il fevralın 27-də və martın 7-də keçiriləcək.

1096