“Bakı” 2 futbolçusunu cəzalandırdı
“Bakı” klubunun rəhbərliyi iki futbolçusunu cəzalandırıb. Lent.az-ın əldə etdiyi məlumata görə, Topaz Premyer Liqasının XIV turunda “Neftçi”yə 1:2 hesablı məğlubiyyətin ardından İbrahim Karqbo və Novruz Məmmədov əsas heyətdən kənarlaşdırılıblar.
Karqbo flaqmana qarşı imkanlarından aşağı çıxış etməkdə, Məmmədov isə oyuna girdikdən dərhal sonra qırmızı vərəqə alaraq, komandasını çətin vəziyyətdə qoymaqda ittiham olunur. Məmmədov qırmızı vərəqə üzündən 2 oyunluq diskvalifikasiyaya məruz qalıb. Lakin bu cəza, qaydalara əsasən, yalnız Premyer Liqa matçlarına şamil olunacaq. “Bakı”nın baş məşqçisi Bojidar Bandoviç hər iki oyunçunu “Sumqayıt”la Azərbaycan Kubokunun 1/8 final matçında ilk “18-liy”ə daxil etməyib. Onların hətta əvəzedici komandaya göndərildikləri bildirilir.
Lakin klubun Media və Marketinq Departamentinin rəhbəri Nəriman Mehdiyev Lent.az-a açıqlamasında Karqbo və Məmmədovun hazırda əsas komanda ilə birgə məşq etdiklərini bildirib. Onun sözlərinə görə, Bandoviç “Sumqayıt”la matçda onların xidmətinə ehtiyac duymayıb.
Qeyd edək ki, “Bakı” “Simurq”u 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Elşən MƏMMƏDOV

1207