Bakıdakı olimpiadanın büdcəsi açıqlandı
Lent.az-ın məlumatına görə, müvafiq sənədləri Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İllümjinov, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Elman Rüstəmov, eləcə də gənclər və idman naziri Azad Rəhimov imzalayıblar.
Tədbirin ardından mətbuat konfransı keçirilib. AŞF-nin vitse-prezidenti Faiq Hüseynov müqavilə bəndlərinin müzakirəsinin çox gərgin və mübahisəli şəraitdə keçdiyini bildirib. Bununla belə, o, sonda razılığa gəlindiyini açıqlayıb. Həsənov mötəbər yarışlaradək Azərbaycan çempionatlarını yüksək səviyyədə keçirməyə çalışacaqlarını bildirib.
AŞF-nin digər vitse-prezidenti Mahir Məmmədov müzakirələr mövzularının FİDE-yə ödənişlər, mükafat fondu, otellər, nümayəndə heyətlərini yerləşdirilməsi, FİDE Baş Assambleyasının keçirilmə şərtləri, ümumi büdcə və digər məsələlərin olduğunu açıqlayıb. Onun sözlərinə görə, iki yarışın ümumi büdcəsi 15 milyon avro təşkil edəcək. Bu məbləğdən 3 milyon avrosu Dünya Kubokuna, qalanı olimpiadaya sərf olunacaq. Dünya Kubokunun mükafat fondu 1 milyon 600 min avro olacaq. Bütün kommersiya hüquqlarına Azərbaycan tərəfi yiyələnəcək.
Nazir Azad Rəhimov Dünya Kuboku və olimpiadanı Azərbaycan üçün böyük və möhtəşəm tədbirlər adlandırıb. Onun sözlərinə görə, bütün idmansevərlər buna sevinirlər: “Bu, ölkəmiz üçün böyük təbliğat, şahmatda isə inkişafın göstəricisi olacaq”.
Rəhimov bildirib ki, bu müqavilənin imzalanmasından sonra ölkə prezidenti İlham Əliyev tərəfindən Dünya Kuboku və Olimpiada ilə əlaqədar təşkilat komitəsinin yaradılmasına dair sərəncam imzalanacaq. Təşkilat Komitəsi işçi qrup yaradacaq və müqavilə bəndlərinin yerinə yetirilməsinə başlanılacaq. Bu işdə təcrübəsi olan xarici konsaltinq şirkətinin xidmətindən istifadə olunacaq.
Ermənistanın iştirakı məsələsinə gədikdə, nazir dövlət səviyyəsində təminatın verildiyini açıqlayıb: “İlk dəfə deyil ki, Azərbaycana bu ölkədən idmançılar gəlirlər. Eyni zamanda cüdo və hazırda boks yığmalarımız İrəvandadırlar. Onlar oteldə yerləşdiriliblər, heç bir problem yoxdur. Əlaqə saxlayırıq, hər şey qaydasındadır. İnanırıq ki, İrəvanda Azərbaycan himni səsləndiriləcək, dövlət bayrağımız yüksələcək. Gözləyirik ki, Şahmat Olimpiadası ərəfəsində Ermənistan öz nümayəndə heyətinin tərkibini göndərəcək”.
Rüstəmov 2 möhtəşəm turnirin Azərbaycanda təşkilinin dövlətin, ölkə idmanının dünyada artan nüfuzunun göstəricisi sayıb. O, FİDE prezidentinə təşəkkür edərək bildirib ki, bu, ölkəmiz üçün böyük idman hadisəsi olacaq: “Bu, indiyədək keçirilmiş olimpiadalar içərisində ən yaxşılarından biri olacaq. Buna Azərbaycanın imkanları da var. Əlimizdən gələni edəcəyik ki, hər iki turniri yüksək səviyyədə keçirək”.
İllümjinov isə bildirib ki, bu, təkcə bütün Azərbaycan şahmat azarkeşləri üçün deyil, 177 ölkəni birləşdirən FİDE üçün də əlamətdar hadisədir: “Artıq AŞF və nazirliklə müqavilə imzalanıb. Prezident İlham Əliyev son illər şahmatın inkişafı üçün böyük işlər görüb. FİDE Baş Assambleyasının iclasında da bu məsələ müzakirə olunarkən, heç bir tərəddüd olmadı. Çünki Azərbaycan yeganə ölkədir ki, Şahmatın inkişafına dair Dövlət Proqramı imzalanıb. 128 ən güclü şahmatçı 2015-ci ilin sentyabrında Dünya Kuboku uğrunda mübarizə aparacaq. Onlar namizədlər turnirinə düşmək üçün yarışacaqlar. Təşkilatçı ölkəyə 3 namizədlə təmsilçilik imkanı veriləcək. Gənclər və böyüklərlə yanaşı, uşaqlar da olimpiadada iştirak edəcəklər”.
O həmçinin bildirib ki, FİDE Baş Assambleyasında bəzi şəxslər Ermənistanın Azərbaycanda keçiriləcək Olimpiadada iştirakını siyasiləşdirməyə çalışıblar: “Biz isə düşünürük ki, şahmat ölkələri birləşdirməlidir. Biz siyasiləşdirməyin əleyhinəyik, şahmatın ölkələri birləşdirdiyini düşünürük. Ermənistan boksçuları Bakıda olublar, indi də Azərbaycan boksçuları İrəvandadırlar. Sentyabrın 8-də olimpiadanın Bakıda təşkilinə dair qərar qəbul olunarkən, Ermənistan prezidenti Serj Sərkisyana zəng edərək, bu haqda onu məlumatlandırdım. Gələn il yanvarın 18-də İrəvanda FİDE Prezident Şurasının iclası keçiriləcək. Toplantıda bu məsələ müzakirə olunacaq. Həmin iclasda Azərbaycandan da nümayəndələrin iştirakını gözləyirik”.
FİDE-nin vitse-prezidenti Georgios Makropulos Şahmat Olimpiadasına 170-dən çox ölkə, 3000-dən çox iştirakçının gəlişinin gözlənildiyini deyib. Onun fikrincə, Bakıdakı olimpiada indiyədək müxtəlif ölkələrdə keçirilmiş analoji şahmat turnirləri arasında ən yaxşısı olacaq: “Bir neçə gün ərzində gördüklərimizə, razılaşdırdıqlarımıza əsasən, Elman Rüstəmovun “Bu olimpiada yaxşıların yaxşısı olacaq” sözlərini təsdiqləyirəm. Bu, dünya şahmat olimpiadası tarixinə həqiqətən də ən yaxşısı kimi düşəcək. İstər FİDE, istərsə də Azərbaycan tərəfi bu istiqamətdə əlindən gələn işləri görüb. Sadəcə, təfərrüatları müzakirə edərkən, hər iki tərəfin maksimum gücünü ortaya qoya bilməsinə çalışdıq. Hazırlıq prosesinə peşəkarlar cəlb olunacaqlar. Bizə könüllülər də lazım olacaqlar. Hazırlıq prosesinin 4 il əvvəldən başlanması prosesi ilə ilk dəfədir ki, üzləşirik. Oyun zalının özü fantastik bir məkan olacaq. Azərbaycan bütün dünyada yanacaq, neft istehsalçısı kimi məşhurdur. Bakıya ilk səfərim zamanı belə qənaətə gəldim ki, Bakıda çox zəkalı insanlar da istehsal olunur. Ona görə də bu tədbirlərin yüksək səviyyədə keçirilməsini gözləyirəm”.
Makropulos bildirib ki, FİDE Baş Assambleyasında Ermənistanın etirazları müzakirə olunsa da, nüfuzlu şahmat yarışlarının Azərbaycanda təşkilinə dair qərar yekdilliklə qəbul olunub. Yəni, Ermənistan etiraz etsə də, səsvermə zamanı bitərəf qalmayıb: “Bu isə o deməkdir ki, Ermənistan nümayəndələri də Dünya Kuboku və Olimpiadanın Azərbaycanda keçirilməsinə səs veriblər. İndi də müzakirələr yolu ilə irəliyə doğru növbəti addımlar atırıq”.
Elşən MƏMMƏDOV

1420