Ziko istefa verdi
Ötənlərin məşhur braziliyalı futbolçusu Artur Ziko İraq milli komandasının baş məşqçi postundan istefa verib. Lent.az-ın “Ağ Pele” ləqəbli mütəxəssisin rəsmi saytına istinadən verdiyi məlumata görə, səbəb İraq Futbol Assosiasiyası (İFA) tərəfindən müqavilə şərtlərinə əməl edilməməsi olub.
Ziko bunu təsdiq edən sənədləri FİFA və İFA-ya təqdim edib.
Qeyd edək ki, Artur Ziko İraq millisinə 2011-ci il avqustun 28-də baş məşqçi təyin olunub. 59 yaşlı mütəxəssisin rəhbərliyi altında yığma 19 oyundan 8 qələbə, 7 məğlubiyyət, 4 heç-heçə ilə ayrılıb.

1209