“Rubin”də qalmaqal
“Neftçi” klubunun futbol üzrə Avropa Liqasının qrup mərhələsindəki rəqibi Rusiya “Rubin”inin düşərgəsində qalmaqal baş verib. Lent.az-ın məlumatına görə, türkiyəli legioner Gökhan Törə “Lenta.ru”ya klubu özbaşına tərk etdiyini deyib. Lakin Törə bu addımı hansı səbəbdən atdığını açıqlamayıb: “Ciddi səbəblər var, amma indi bu barədə danışmağa hazır deyiləm”.
Törə “Rubin”lə iyulun sonlarında müqavilə imzalasa da, indiyədək Rusiya çempionatında 4 oyuna çıxıb. Klubun mətbuat xidmətindən “Sovetskiy Sport”a bildiriblər ki, türkiyəli yarımmüdafiəçi hazırda xəstədir. Lakin onun harada müalicə olunduğu açıqlanmayıb.
Mətbuat 20 yaşlı oyunçunun qaçmasını onun agenti Georq Yablukovun bəyanatı ilə əlaqələndirir. Noyabrın 22-də Yablukov Tatarıstan prezidenti Rüstəm Minnixanova açıq məktubla müraciət edib. O, Törənin transferi zamanı 500 min avroyadək pulunun zorla əlindən alındığını yazıb. Mənimsəmə faktında “Rubin”in baş məşqçisi Kurban Berdıyevin əlinin olduğu vurğulanıb.
Noyabrın 24-də isə “Rubin”in saytında Berdıyevin müraciəti dərc olunub. Məktubda Yablukovun məktubu Kazan klubunu nüfuzdan salma cəhdi kimi dəyərləndirilib. Türkmənistanlı mütəxəssis öz ünvanına yönələn bütün ittihamları rədd edərək, deyilənlərdən təəccübləndiyini bildirib.
Qeyd edək ki, mətbuatda Gökhan Törənin Türkiyəyə gəldiyi və “Rubin”lə müqaviləni pozmaq istədiyi yazılıb. Lakin oyunçunun özü bu xəbərləri təkzib edərək, vətəninə agent işləri ilə bağlı gəldiyini bildirib.

1257