Bakı ermənisi azərbaycanlı futbolçu ilə eyni komandada
28 noyabr 2012 10:29 (UTC +04:00)

Bakı ermənisi azərbaycanlı futbolçu ilə eyni komandada

Lent.az-ın “news.am” saytına istinadən verdiyi məlumata görə, 25 yaşlı hücumçu yeni komandasında tibbi müayinədən keçib. Transfer məbləğinin 3,2 milyon avro təşkil etdiyi bildirilir.


Qeyd edək ki, Yura Movsisyan Bakıda doğulub və 2000-ci illərin əvvəllərində ailəsi ilə birgə ABŞ-a köçüb. MLS liqasında “Real Solt-Leyk” komandası ilə çempion olduqdan sonra o, 2009-cu ildə Danimarka “Randers”inə, 2001-ci ilin yanvarında isə “Krasnodar”a keçib. Movsisyan eyni zamanda ABŞ vətəndaşı olsa da, Ermənistan yığmasında oynamağa üstünlük verib. “Spartak”ın heyətində Azərbaycanda doğulmuş Emin Mahmudov da yer alıb. Lakin Movsisyandan fərqli olaraq, Mahmudov milli mənsubiyyətlə bağlı olduğu Azərbaycan millisini yox, Rusiya yığmasını seçib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2202

Oxşar yazılar