Elman Rüstəmovla FİDE prezidenti müqavilə imzalayacaq
27 noyabr 2012 17:54 (UTC +04:00)

Elman Rüstəmovla FİDE prezidenti müqavilə imzalayacaq

Noyabrın 28-də şahmat üzrə 2015-ci il Dünya Kuboku və 2016-cı il Olimpiadasına Azərbaycanın ev sahibliyinə dair müqavilə imzalanacaq. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “JW Mariot Abşeron” mehmanxanasında keçiriləcək mərasimdə müqaviləni Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov və Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov imzalayacaqlar.

Saat 14:30-da başlanacaq tədbirdə gənclər və idman naziri Azad Rəhimov da iştirak edəcək.

Qeyd edək ki, ölkəmizin beynəlxalq miqyaslı iki mötəbər yarışa ev sahibliyi etməsinə dair qərar sentyabrın 8-də FİDE-nin Türkiyənin İstanbul şəhərində keçirilmiş Baş Assambleyasında qəbul edilib. Şahmat üzrə Dünya Kubokunda 128 şahmatçı, Ümumdünya Şahmat Olimpiadasında isə təxminən dünyanın 150-dən artıq ölkəsinin qadın və kişi komandaları iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 636

Oxşar yazılar