Azad Rəhimov: “Bu, həqiqətən də böyük problemdir”
Lent.az-ın məlumatına görə, Rəhimov jurnalistlərə açıqlamasında mövzunun çox vacib və maraqlı olduğunu bildirib.
O, 3 günlük tədbir müddətində müzakirə ediləcək məsələlər barədə danışıb: “Hazırda Azərbaycanda 35 olimpiya kompleksi fəaliyyət göstərir, 10-dan çoxu tikilməkdədir. Bakının kənd və qəsəbələrində, eləcə də regionlarımızda idman zalları, futbol meydanları, gənclər evləri mövcuddur. Cüdo, boks mərkəzləri, olimpiya stadionu, üzgüçülük və gimnastika kompleksləri inşa olunmaqdadır. Ən əsas məsələ onların gələcəkdə istifadəsi və saxlanmasıdır. Bu, həqiqətən də böyük mövzu, problemdir. Biz belə düşünürük ki, MDB ölkələrinin nümayəndələri ilə birgə bu konfransda müxtəlif yolları tapmalı, təcrübə mübadiləsi aparmalıyıq. Digər ölkələrdə bu işin necə qurulduğuna nəzər salmalıyıq. Hamımızın qarşısında əsas qoyulan məqsəd ondan ibarətdir ki, olimpiya komplekslərinin, idman qurğularının qapıları açıq olmalıdır. Bu zallarda gənclər, idmançılar sərbəst, pulsuz məşq edə bilməlidirlər. Məhz bu mövzular ətrafında biz burada toplaşmışıq”.
Konfransda Azərbaycanla yanaşı, Rusiya, Ukrayna, Qazaxıstan və Qırğızıstan təmsil olunur. Nazirin fikrincə, ölkələrin sayı daha çox olsaydı, daha geniş müzakirələr aparıla bilərdi. O deyib ki, MDB ölkələrinin iştirakı ilə keçirilən digər konfranslara adətən 6-7 ölkə qatılır: “Müxtəlif səbəblərdən bəzi ölkələr MDB daxilində imzalanan sazişlərdə məhdud çərçivədə iştirak edirlər. Son illər həm gənclər, həm də idman üzrə MDB ölkələrinin toplantılarında üzv ölkələrin tam şəkildə iştirakı ilə rastlaşmamışam. Fikrimcə, bugünkü tədbirdə 5 ölkənin iştirakı çox gözəl nəticə, yüksək marağın göstəricisidir”.
Nazir noyabrın 28-də “Baku Expo Center”də təşkil olunacaq idman malları sərgisinin ilk dəfə keçiriləcəyini xatırladaraq, bildirib ki, sərgidə idman qurumları öz ləvazimatlarını, gənclər isə əldə etdikləri nailiyyətləri nümayiş etdirəcəklər. O, sərgiyə bütün idmansevərləri və gəncləri dəvət edib. Sərgiyə konfrans iştirakçıları da qatılacaqlar.
Elşən MƏMMƏDOV

1251