“Neftçi”ni məyus edən baş məşqçi qayıtdı
Xorvatiyanın “Dinamo” (Zaqreb) futbol komandasının baş məşqçisi Ante Çaçiç istefaya göndərilib. Lent.az-ın “L Equipe” nəşrinə istinadən verdiyi məlumata görə, Xorvatiya çempionatının autsayderi “Zaqreb”ə 0:1 hesablı məğlubiyyət klub rəhbərliyinin səbrini daşırıb.
Lakin əsas səbəb “Dinamo”nun Çempionlar Liqasının qrup mərhələsində uğursuzluqla üzləşməsi olub. Bu turnirdə Zaqreb komandası Çaçiçin rəhbərliyi altında 5 oyuna 13 qol buraxsa da, 1 qol belə vura bilməyib. Yeni baş məşqçi isə Krunoslav Yurçiç olacaq. Yurçiç 2008-2009-cu illərdə, habelə 20011-ci ilin mayından dekabradək də “Dinamo”nun sükanı arxasında olub.
Qeyd edək ki, Zaqreb “Dinamo”su 2011-2012-ci il mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi”ni mübarizədən kənarlaşdırıb – 3:0, 0:0. Həmin vaxt “Dinamo”nun baş məşqçisi məhz Krunoslav Yurçiç olub.

Oxşar yazılar

Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46
Heç vaxt belə şey olmayıb: O komandaya keçmək üçün sevgilisindən ayrıldı
11 iyul 2025 , 19:06
Modriç “Real”da onu əvəz edə biləcək oyunçunu AÇIQLADI
11 iyul 2025 , 18:24